Əlaqə Arxiv
news Image
2016.06.26
15:00
| A A A
İspaniyada növbədənkənar parlament seçkiləri keçirilir

 Bu gün İspaniya parlamentinə növbədənkənar seçkilər keçirilir.

 

Movqe.az-ın  verdiyi məlumata görə, Konqres və Senata seçkilər yerli vaxtla səhət saat 9.00-da (Bakı vaxtı ilə 11.00) başlayıb, saat 20.00-da (Bakı vaxtı ilə 22.00)  başa çatacaq.  

 

Konqresdə 350 yer uğrunda 545 namizəd, Senatda 208 yer uğrunda 585 nəfər mübarizə aparır.

 

Qeyd edək ki, İspaniya parlamentinə son seçkilər 20 dekabr 2015-ci ildə keçirilib. Lakin Konqres ötən müddət ərzində baş naziri seçə bilməyib.  Bu, İspaniya tarixində diktator Fransisko Frankonun ölümündən sonra keçirilən 13-cü parlament seçkiləridir. Partiyalar parlamentdə təmsilçilik hüququ qazanmaq üçün 3 faizlik baryeri keçməlidir. Növbədənkənar parlament seçkiləri üçün İspaniyanın dövlət büdcəsindən 130 milyon avro ayrılıb. Parlamentin hər iki palatasının iclası iyulun 20-də keçirilməlidir. /apa/

Sizin Reklam Yeriniz