Əlaqə Arxiv
news Image
2016.06.27
12:15
| A A A
Bakıda NATO-nun regionun təhlükəsizliyin təmin edilməsində rolu müzakirə olunur

Bakıda NATO Azərbaycan Beynəlxalq Məktəbinin (NISA) alyansın Varşava sammitinə həsr edilmiş "NATO-nun regional çağırışlardakı rolu" mövzusunda növbəti yay sessiyası keçirilir.


Tədbirdə çıxış edən Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik departamentinin rəhbəri Qaya Məmmədov deyib ki, hazırda Azərbaycan və NATO arasında əlaqələr uğurla inkişaf edir, tərəflər arasında dialoq davam edir


O qeyd edib ki, Azərbaycan Əfqanıstandakı missiyada NATO ilə əməkdaşlığı davam etdirir: "Biz ikitərəfli əməkdaşlığın inkişafı prinsiplərindən razıyıq".


Tədbirdə Azərbaycan, Gürcüstan, Almaniya, İran, Polşa, İsrail, Litva, Qazaxıstan, Niderland, Rusiya, Türkiyə, Ukrayna tələbələri iştirak ediblər. .


Sessiya işini iyulun 1-də başa vuracaq.

Sizin Reklam Yeriniz