news Image
2016.06.27
20:30
| A A A
Ərdoğandan Putinə məktub: "Bağışlayın"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.


Movqqe.az-ın verdiyi məlumata görə, bu barədə RF dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.


Onun sözlərinə görə, Su-24 təyyarəsinin pilotunun ölümü ilə bağlı başsağlığında Türkiyə Prezidenti rus pilotun ailəsinin dərdinə şərik olduğunu bildirib və qeyd edib: "Bağışlayın".


Bundan əlavə, R.T.Ərdoğan iki ölkə arasında ənənəvi dost münasibətlərinin bərpası üçün əlindən gələn hər şeyi etməyə hazır olduğunu bildirib.


O, V.Putini inandırmağa çalışıb ki, rəsmi Ankaranın heç vaxt Rusiyaya məxsus təyyarəni vurmaq niyyəti olmayıb./trend/

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs