news Image
2016.06.28
15:00
| A A A
Zaxarova: "Rusiya və Fransa XİN rəhbərləri sabah Dağlıq Qarabağ məsələsini müzakirə edəcəklər"

Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün Fransaya səfər gedir. İyunun 29-da rusiyalı nazir fransalı həmkarı ilə görüşəcək.

 

Movqe.az-ın apa-ya istinadən  verdiyi məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi ənənəvi brifinqdə bildirib.

 

Onun sözlərinə görə, səfər zamanı S. Lavrov fransalı həmkarı ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirə edəcək: "ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olan Rusiya və Fransanın XİN rəhbərləri iyunun 29-da keçiriləcək görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəklər. May ayında Vyanada, iyun ayında isə Sankt-Peterburqda keçirilən görüşlərin nəticələri barədə fikir mübadiləsi aparılacaq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs