Əlaqə Arxiv
news Image
2016.06.29
09:00
| A A A
Faşizmin sürətlə çiçəkləndiyi ölkə
Natiq Miri: “Bu, dünyanın, xüsusi ilə də Qərbin ikili standartla işlədiyini bilavasitə ortaya qoyur” Cümşüd Nuriyev: “Dünyada ilk dəfə partiyanın nizamnaməsində terroru gündəmə gətirən dövlət Ermənistan olub”

Ermənistanın paytaxt İrəvanda faşist generalı Njde kimi tanınan, Hitlerin əlaltılarından biri sayılan, vaxtilə Vermaxtın erməni cəza legionunun əsasını qoymuş Qaregin Ter-Arutunyana heykəl qoymaqla nasizminin əlaltıları qəhrəmanlaşdırıldı. Lakin hələ də dünya ictimaiyyətindən buna lazımi reaksiya yoxdur. Ekspertlərin fikrincə, Njdeyə heykəl qoyulması Ermənistanın bir dövlət kimi mahiyyətini, xarakterini ortaya qoyur. Hətta qınaqsızlıq Ermənistadna faşizm ideyasının daha da güclənməsinə təkan verə bilər.

Azərbaycan Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri bildirir ki, bu, dünyanın, xüsusi ilə də Qərbin ikili standartla işlədiyini bilavasitə ortaya qoyur: "Bu ayın sonunda ATƏT-in sədri, Almaniyanın xairici işlər naziri Frank Valter Ştaynmayer Ermənistana səfər edəcək. Ədalətdən, hüquqdan danışan Ştaynmayer özlərinin Hitlerin varisi olmadığını bu səfərdə buyursun, sübut etsin. Bununla bağlı Ermənistana "gözlərini ağartsın" ki, belə bir praktika dünyada heç də xoş president yaratmır.

Ayrıca, nəzərə almaq lazımdır ki, Ermənistandakı bu cür hərəkətlər Qərbdə ultramillətçiliyə rəvac verir. Artıq Avropada ultramillətçilər inkişaf edir, hətta hakimiyyətə ciddi alternativ olaraq düşünülürlər. Ona görə də Ermənistanda faşizmin inkişafı heç də region üçün xoş bir nəticə yaratmır. Həm də nəzərə alaq ki, regionda Dağlıq Qarabağ kimi problem mövcuddur. Bu problemin həllinin uzanması region üçün təhlükələr yaradır. O baxımdan bu cür millətçiliyin Cənubi Qafqaz üçün müsbət nəticələr verməyəcəyini demək olar. Yəni, məsələyə yalnız Azərbaycan, Rusiya deyil, həm də region ölkəsi kimi Gürcüstan və Avropa dünyası da ciddi reaksiya verməlidir. Çünki, faşizmindən zərər çəkən ölkə təkcə Rusiya və Azərbaycan yox, bütün Avropa ölkələridir. Unutmayaq ki, Almaniyanın ilk işğal obyektləri məhz Avropa ölkələri olub".

Digər politoloq Cümşüd Nuriyev bildirdi ki, Ermənistan tarixən faşist ideyaları ilə yaşayan dövlət olub: "Dünyada ilk dəfə partiyanın nizamnaməsində terroru gündəmə gətirən dövlət Ermənistan olub. Hətta Andranik Ozanyanın heykəlini Krasnodarda qoyublar.

Sirr deyil ki, xristian dünyasında İslama qarşı qısqanclıq var. Müsəlman kimsə terror törədərsə, onu dinlə əlaqələndirirlər. Lakin xristian dünyasında bu qədər terrorçu var ki, onları dinlə əlaqələndirmirlər. Ermənistanda da vəziyyət bu cürdür. Katoliklərin lideri Ermənistana getdi və Türkiyəni ittiham etdi. Sonra da Qarabağla bağlı Azərbaycan ilə danışıqlar aparacağını gündəmə gətirdi. Eyni zamanda ikigünlük görüş zamanı Türkiyə ilə Azərbaycanın əleyhinə kifayət qədər fikirlər dedilər. Bu gün nə qədər multikultural dövlət olsaq da, İslam nə qədər sevgi dini olsa da, qəbul edək, ermənilər bizi sevmir. Heykəllərə görə də dünya ictimaiyyətindən ermənilərə təzyiqlər gəlmədi. Sabah Zori Balayana da, Monte Melkonyana da həmin heykəldən qoyulacaq".

Politoq əlavə etdi ki, ziyalılarımızdan ən azından rusdillilər bu məsələdə aktiv olmalıdırlar: "Heç sosial şəbəkələrdə bununla bağlı diskusiyalar yaratmırıq. Dili bilənlər mütləq ortalığa sənədlər çıxartmalıdılar".

Sizin Reklam Yeriniz