news Image
2016.06.29
09:15
| A A A
Ermənistanın manipulyasiya imkanı tam tükənir
Düşmən yaxşı bilir ki, danışıqlar dondurulsa, ya pozulsa, onu nələr gözləyir

Qarabağ münaqişəsinin həll olunması üzrə bu ayın 20-də Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda keçirilən üçtərəfli danışıqlarından sonra erməni mətbuatında görüşün nəticəsini təhrif edən materiallar dərc olunub. Xüsusilə, bilavasitə danışıqların iştirakçısı olmayanlar tərəfindən belə təsəvvür formalaşdırılmağa başlanmışdı ki, guya ermənilər istəklərinin bir addımlığındadırlar. Lakin diplomatiyada ilkin qapalılıq nə qədər əhəmiyyətli olsa da, danışılan məsələnin manipulyasiya predmetinə çevrilməsi bir o qədər təhlükəlidir. Görünür, həqiqi diplomatlıq da yalnız həqiqi müstəqil olan dövlətdə ola bilər.

Bu günlərdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev hərbçilər qarşısında çıxış edərkən Sankt-Peterburq görüşü barədə həqiqətləri xalqa açıqladı. Öz tərəfindən görüşün müsbət nəticələrini qeyd edən İlham Əliyev deyib: "Ümid edirəm ki, bu proses sürətlə davam etdiriləcəkdir. Yenə də heç bir şərt qəbul etmədən biz bu danışıqlara gedirik. Danışıqlar mənalı, predmetli olmalıdır, sadəcə olaraq görüntü, imitasiya naminə aparılmamalıdır". Bəli, Azərbaycan dövlətinin rəhbəri keyfiyyətli, yəni işi irəli aparan, həqiqi sülhə xidmət edən, ictimaiyyəti aldatmaq üçün görüntü yaratmayan danışıqlar tələb edir. Onun buna həm mənəvi, həm iqtisadi, həm də siyasi haqqı və gücü var. Axı, eyni mövzu üzrə neçə dəfə görüşmək, danışmaq olar. Səmərəsi, əməli nəticəsi olmayan görüşlər manipulyasiyadan başqa bir şey deyil. Buna görə də Prezident İlham Əliyev məsələni qəti qoyur: "Bildiyiniz kimi, aprel hadisələrindən sonra Ermənistan rəhbərliyi danışıqları davam etdirmək üçün bir neçə şərt irəli sürmüşdür. Onların heç biri, təbii ki, qəbul oluna bilməz. Çünki bizə heç kim şərt qoya bilməz. Danışıqları aparmaq bizə göstərilən minnət deyil. Ermənistan tərəfi yaxşı başa düşür ki, əgər danışıqlar dondurulsa, ya pozulsa, onları nələr gözləyir. Ona görə, təbii ki, Azərbaycan tərəfi danışıqlara heç bir şərt qəbul etmədən qoşulmuşdur".

Nə deyəsən, haqlı tələbdir. Şərt məsələsinə gəldikdə isə, şərti Azərbaycan tərəfi irəli sürməlidir və sürür də. Eyni zamanda Azərbaycan bu məsələdə təmkinli davranır ona görə ki, dünyanın bütün dövlətləri tərəfindən qəbul edilən Birləşmiş Millətlər Təşkilatı həqiqi şərti hələ 23 il əvvəl qəbul etdiyi 822 nömrəli qətnamədə irəli sürüb: "Ermənistan qoşunları Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxmalıdır". Münaqişənin məhək daşı sayılan həqiqət budur. Ermənistan həqiqətən sülhün tərəfdarıdırsa, qoşunlarını geri çəkməlidir.

1990-cı illərin əvvəlllərində Ermənistan "kim güclüdürsə, o qalibdir" düşüncəsi ilə torpaqlarımızı işğal edib. O vaxt Azərbaycanın başı qarışıq, qolları bağlı idi. Ermənistanın isə beynəlxalq havadarlara arxalanıb olmayan əzələlərini göstərirdi. Amma indi Azərbaycanın nəinki qolları açıqdır, hətta gücü-qüdrəti ilə Ermənistan kimi dövlətləri qabağına qatıb qovur. Beynəlxalq aləmdə artıq Azərbaycanın haqq səsini qulaqardına vura bilmirlər. Bu günün şərti budur. Bu səbəbdən İlham Əliyev təcavüzkara xəbərdarlıq edir: "Ermənistan tərəfi yaxşı başa düşür ki, əgər danışıqlar dondurulsa, ya pozulsa, onları nələr gözləyir".

Danışıqlar pozulacağı təqdirdə erməniləri aprel dərsləri, Ermənistanı isə ömür boyu forpost taleyi gözləyir. Qarabağı Ermənistan ordusunun işğalından azad etmək Azərbaycan Ordusu üçün an məsələsidir. Hər şey Ali Baş Komandanın əmrindən asılıdır. Bu gün Dağlıq Qarabağda yaşayan əhalini Azərbaycan daxilində geniş muxtariyyət statusu gözləyirsə, sabah Serj Sarkisyan və onun komandası bu imkanı da əldən çaxarar.

Artıq Ermənistan tərəfinin manipulyasiya imkanı sıfıra enib. Hələlik onun danışıqlar stolu arxasına keçib səmərəli dialoq üçün yolu açıqdır. Ermənilər XXI əsrdə yaşadıqlarını və qarşılarında kimin olduğunu unutmamalıdırlar. Sülh onların ayağa durmaları üçün yeganə yoldur. Bu yolun açarı isə Azərbaycan torpaqlarından erməni qoşunlarının çıxmasındadır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs