Əlaqə Arxiv
news Image
2016.06.29
10:15
| A A A
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.

 

Movqe.az-ın məlumatına görə, məktubda deyilir: "Hörmətli cənab Prezident, əziz qardaşım!

 

İstanbulun Atatürk Hava Limanında törədilmiş amansız terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca sarsıtdı.

 

Biz bu qanlı hadisədən son dərəcə hiddətlənir, bütün dünya üçün dəhşətli bir bəlaya çevrilmiş terrorizmə qarşı mübarizə sahəsində qüvvələrin səfərbər olunmasını,  birgə və qətiyyətli səylər göstərilməsini vacib və zəruri hesab edirik.

Sizin Reklam Yeriniz