news Image
2016.06.29
15:10
| A A A
Prezident İlham Əliyev: “Azərbaycan həmişə olduğu kimi, bu ağır günlərdə də Türkiyənin yanındadır”

Azərbaycan prezidenti İlham Əliyev iyunun 29-da türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. 

 

Movqe.az-ın məlumatına görə, dövlət başçısı İstanbulun Atatürk Hava Limanında törədilmiş dəhşətli terror aktı nəticəsində çoxlu sayda insanın həlak olması ilə əlaqədar Türkiyə prezidentinə, ölənlərin ailə üzvlərinə və Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.

 

Prezident İlham Əliyev terrorçuların çirkin əməllərini qətiyyətlə pisləyərək Azərbaycanın həmişə olduğu kimi, bu ağır günlərdə də Türkiyənin yanında olduğunu vurğulayıb. Türkiyə prezidenti isə göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs