news Image
2016.06.30
09:00
| A A A
Roma Papası niyə ermənilərə papalıq edir?!
Həqiqət və saxtakarlıq arasında bitməyən vurnuxma

Ötən il Roma Papası I Fransiskin "soyqırım" sözünü işlətməsi və bir neçə gün əvvəl onun İrəvana səfəri zamanı yenidən bu sözü dilinə gətirməsi erməniləri vəcdə gətirsə də, dünya siyasi arenasında elə bir ciddi reaksiya doğurmadı. Bu da təsadüfi deyil.

Əvvələn, dinin dövlət və siyasət üzərində hökmranlığına çoxdan son qoyulub və hazırda kimlərsə bu faktordan yararlanmağa çalışırsa, o, özünü aldatmış olur. İkincisi, hamiya məlumdur ki, Roma Papasının siyasi yükü heç 90 yaşlı İngiltərə kraliçasının solmuş payız gülləri qədər zəif olan siyası rolu qədər də deyil. Üçüncüsü, elə Ermənistanın özündə də qriqoryanlıq adət-ənənə mahiyyətindən o yana keçmir. Bizlərdə yaxşı bir məsəl var, deyir: "Qonaq ev yiyəsinin quludur, harada desə, orada da oturmalıdır". İndi Papa I Fransisk də Ermənistana qonaq gəlmişdi. Gəldi, gördü, ev yiyəsinin urəyincə olanı dedi və getdi. Bununla nə dəyişəcək?

Əslində, ermənilərin vəcdə gəlməsinə də elə bir ciddi səbəb yoxdur. Çünki, I Fransisk siyasətçi olmasa da, atdığı addımlar ölçülüb-biçilir. Təbii ki, bu işdə ona siyasətdən başı çıxan köməkçiləri yardım edir. Bəli, Papa Ermənistanda "genosid" sözünü işlətdi, amma sözün predmetini dumanlı şəkildə anlatdı, məkanını isə heç qeyd də etmədi. Əslində, erməni mətbuatından əldə etdiyimiz məlumatlara görə, ermənilərin ağlaşma, vay-şivən qoparma qabiliyyətləri Pontifiki yoldan çıxarıb. Bəlkə də ahıl dini rəhbər ürəksıxan ağlaşmadan tez yaxa qurtarmaq üçün bu addımı atıb. "Ermənistan prezidentinin nitqinin tonunu eşidəndən sonra mən bir il əvvəl işlətdiyim sözü deməsəydim, qəribə səslənərdi" - Pontifikin bu sözləri sübut edir ki, o, İrəvanda "genosid" sözünü etika xatirinə işlədib.

Roma Papası I Fransiskin səsləndirdiyi daha bir fikir ermənilərin nəşəsini xeyli artırıb: "Armenizm apostol, yaxud katolik kilsəsinin bir hissəsi olmaqdan daha vacibdir". Ermənilər Pontifikin bu sözlərini təntənə ilə qəbul ediblər. Amma başa düşə bilməyiblər ki, bu sözlərdə onların millətçiliklərinə, ümumbəşəri ideyalar uğrunda çarpışmaq əvəzinə ermənilik mövqeyindən çıxış etmək kimi cılızlıq, xudpəsəndlik xüsusiyyətlərinə işarə var.

Buna baxmayaraq, ermənilər elə erməniliklərinə salıb qonşuları ilə münasibətləri dini müstəviyə sürükləməyə çalışırlar. Bu mənada Roma Papasının ümumiyyətlə, "genosid" sözünü işlətməsi qətiyyən sağlam düşüncəyə sığmır. Axı, o, Türkiyədə də olub. Hörmət-izzətlə qarşılanıb, hörmətlə də yola salınıb. İndi onun Azərbaycana səfəri də gözlənilir. Maraqlıdır, görəsən, Pontifik Xocalı soyqırımını törətmiş ermənilərin, yəni xristianlığın qriqorian kilsəsinin nümayəndələri tərəfindən törədilən genosid haqda nə deyəcək? Ümumiyyətlə, nə isə deyə biləcəkmi? Bu mənada din xadimlərinin tarixi hadisələri qiymətləndirməsi və fikir bildirməsi onlara münasib deyil. Əksinə, sülhə və əmin-amanlığın bərpası dini rəhbərlər üçün başlıca məqsəd olmalıdır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs