Əlaqə Arxiv
news Image
2016.06.30
10:30
| A A A
Bu gün ATƏT-in fəaliyyətdə olan sədri Azərbaycana gələcək
Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə mövzusu olacaq

Bu gün ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər nazir Frank-Valter Ştaynmayer Azərbaycana işgüzar səfərə gələcək.

Movqe.az xəbər verir ki, səfər zamanı Ştaynmayerin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Azərbaycan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılır. Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə mövzusu olacaq.

Görüşlərdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Alman nazir ötən gün Ermənistanda səfərdə olub.


Sizin Reklam Yeriniz