Əlaqə Arxiv
news Image
2016.06.30
10:50
| A A A
ABŞ İraqa silah almaq üçün 2,7 milyard dollar kredit ayıracaq
İki tərəf arasında bəyannamə imzalanıb

ABŞ İraqa xarici dövlətlərə hərbi maliyyə yardımı göstərilməsi proqramı (FNF) çərçivəsində 2,7 milyard dollar həcmində kredit ayıracaq.

Movqe.az xəbər verir ki, bu barədə ABŞ-ın İraqdakı səfirliyinin məlumatında bildirilir.

Birləşmiş Ştatların İraqdakı səfiri Stüart Cons (Stuart Jones) və ölkənin maliyyə naziri Hoşiyar Zebari çərşənbə günü müvafiq bəyannaməyə imza atıblar.

"Bu FMF kreditləşmə mexanizmi İraqın təhlükəsizlik qüvvələrinə döyüş sursatlarının alınması, həmçinin "F-16" qırıcıları və "M1A1" tanklarına göstərilən xidmətə görə ödənişin müddətini uzatmaq imkanı verəcək", — deyə məlumatda Consun sözləri sitat gətirilib.


Sizin Reklam Yeriniz