Əlaqə Arxiv
news Image
2016.06.30
20:00
| A A A
İsrail parlamenti də “erməni soyqırımı”nı müzakirə edəcək

Almaniya parlamentinin 1915-ci ildə baş vermiş hadisələri "erməni soyqırımı" kimi tanımasından sonra bu dəfə də ermənin lobbisi həmin məsələnin İsrail Knessetində müzakirəyə çıxarılmasına nail olub.

İsrailli siyasətçi Yair Auron "Zoryan Institute" nəşrinə bildirib ki, iyulun 5-də İsrail parlamenti bu məsələni müzakirə edəcək. Knessetin (İsrail parlamentinin) deputatı Yoel Razvozov virtualaz.org-a deyib ki, o, iyulun 5-də parlamentdə "erməni soyqırımı" məsələsinin müzakirə ediləcəyini birinci dəfədir eşidir. "Etiraf edim ki, bu barədə heç nə eşotməmişəm. Kim çıxarıb bu məsələni müzakirəyə? Nə debatlardır belə? Bizə niyə məlumat verilməyib? "Erməni soyqırımı" üzrə mənim mövqeyim hamıya yaxşı məlumdur. Bununla siyasətçilər və deputatlar deyil. Tarixçilər məşğul olmalıdırlar. Knessetin bu məsələyə nə aidiyyatı var axı? Biz bütün ölkələrə və xalqlara sülh və çiçəklənmə arzulayırıq və bir çoxları üçün çox heysiyyatlı olan bu məsələyə qarışmırıq", - Y.Razvozov deyib. Digər israilli deputat Robert İlatov isə bildirib ki. İsraildə "erməni soyqırımı"nı heç vaxt tanımayacaqlar. "Knessetdə "erməni soyqırımı"nın tanınması ehtimalı sıfıra bərabərdir", - R.İlatov əlavə edib.


Sizin Reklam Yeriniz