Əlaqə Arxiv
news Image
2016.07.01
10:30
| A A A
Daimi nümayəndəlik: Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu və ya kompromis elementi ola bilməz

"Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu və ya kompromis elementi ola bilməz və olmayacaq. Bizim heç bir üzv dövlətə qarşı ərazi iddiamız  yoxdur, biz BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının 4 müvafiq qətnamələri əsasında qanuni olaraq bizə məxsus olanı tələb edirik".

 

Movqe.az-ın təhlükəsizlik məsələləri ilə bağlı illik icmal konfransı çərçivəsində "ATƏT məkanında münaqişə vəziyyətləri" mövzusundakı işçi sessiyaya ünvanlanmış bəyanatında deyilir.

Substantiv danışıqların yenilənməsi üçün hər hansı ilkin şərt sülh prosesinə ciddi zərbədir

Bəyanatda qeyd edilir ki, Vyana və Sankt-Peterburqda baş tutan son yüksək səviyyəli toplantılar Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində yaxşı imkan yaradıb: "Danışıqların müsbət atmosferdə keçməsini alqışlayırıq. Münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün substantiv danışıqların təxirə salınmadan yenilənməsi vacib əhəmiyyət kəsb edir. Substantiv danışıqlardakı irəliləyiş "status-kvo"nun dəyişilməsi istiqamətində arzulanan uğura gətirib çıxara bilər. Erməni işğalçı qüvvələrinin dərhal çıxarılması regiondakı dinamikanı dəyişəcək, region xalqları üçün faydalı olan münasibətlərin normallaşmasına yol açacaq. Substantiv danışıqların yenilənməsi üçün hər hansı ilkin şərt sülh prosesinə ciddi zərbədir və son yüksək səviyyəli müzakirələr nəticəsində əldə edilmiş nailiyyətləri zəiflədir".

 

Bəyanatda bildirilib ki, Azərbaycan torpaqlarının  işğal altında saxlanması Helsinki Yekun Aktında əksini tapan prinsiplərlə üst-üstə düşmür və işğala dərhal son qoyulmalıdır: "Azərbaycan təcavüzün qurbanı olaraq münaqişənin tez bir zamanda həllində ən çox maraqlı olan tərəfdir. Bizim ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda iştirakımız  münaqişənin sülh yolu ilə həllinə sadiqliyimizi göstərən aydın işarədir. Eyni zamanda, uzunmüddətli həllə gətirib çıxaracaq effektiv prosesin tərəfdarıyıq".

Sizin Reklam Yeriniz