Əlaqə Arxiv
news Image
2016.07.01
10:50
| A A A
Tbilisidə ATƏT PA-nın Qarabağ münaqişəsinin də müzakirə olunacağı yay sessiyası başlayır

 Bu gün Tbilisidə ATƏT Parlament Assambleyasının 25-ci yay sessiyası başlayır.

 

Movqe.az-ın qurumun saytına istinadən verdiyi xəbərə görə, sessiya "Parlament əməkdaşlığının 25 ili: dialoq vasitəsilə etimadı gücləndirərək..." mövzusuna həsr olunub.

 

Sessiyanın açılışında Gürcüstan prezidenti Giorgi Marqvelaşvili, Gürcüstan parlamentinin sədri David Usupaşvili, baş nazir Giorgi Kvirikaşvili, ATƏT PA-nın prezidenti İlkka Kanerva və ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer çıxış edəcək.

 

Sessiya zamanı dünyanın 50-yə yaxın ölkəsindən 300-ə qədər parlament üzvü təhlükəsizlik, insan haqları, iqtisadiyyat və ərtaf mühit məsələləri ilə əlaqədar bu gün ən aktual məsələlərlə bağlı müzakirələr keçirəcək və qətnamələr qəbul edəcək.

 

Dağlıq Qarabağ münaqişə zonasında son hərbi eskalasiya da daxil olmaqla Ukraynadakı münaqişə, Gürcüstanda həlli uzadılmış münaqişələr, Krımda fundamental azadlıqlar, Avropada neonasizm, iqlim dəyişikliyi ilə bağlı məsələlər əsas müzakirə mövzuları olacaq.

 

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti də sessiyada iştirak edəcək. Artıq Azərbaycanın Milli Məclisin sədri Bahar Muradovanın başçılığı ilə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti Tbilisidədir.

 

Qeyd edək ki, sessiya iyulun 5-dək davam edəcək.

Sizin Reklam Yeriniz