Əlaqə Arxiv
news Image
2016.07.01
11:32
| A A A
Ermənistanda rus hərbçilərinin genişmiqyaslı təlimlərə hazırlığı başa çatıb

Ermənistanda yerləşən Rusiya hərbi bazasının hərbi qulluqçuları genişmiqyaslı təlimlərə hazırlığa yekun vurublar.

 

Movqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, rusiyalı hərbçilər yüksək dağlıq ərazidə yerləşən "Kamhud" və "Alagöz" poliqonlarına çıxışı prosesi bitib.

 

1,5 min nəfər və 500-dək hərbi texnikanın iştirak etdiyi təlimdə müasir pilotsuz uçan aparatlardan istifadə olunub.

 

Qeyd edək ki, iyulun ortalarında Ermənistanda rusiyalı hərbçilərin iştirakı ilə genişmiqyaslı taktiki təlimlər keçiriləcək. Təlimlərdə Rusiyanın Gümrüdəki bazasının şəxsi heyəti tam tərkibdə iştirak edəcək.

Sizin Reklam Yeriniz