news Image
2016.07.02
16:00
| A A A
Nazir: “Son 13 ildə 3 mindən çox cinayətkar qrup zərərsizləşdirilib”

"Azərbaycanda sabitlik və ictimai təhlükəsizlik yüksək səviyyədə qorunur. Azərbaycan Avropada sabitlik və təhlükəsizliyin qoru

nması sahəsində fərqlənir".

 

 Movqe.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan polisinin yaranmasının 98-ci ildönümü ilə bağlı keçirilən tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib.

 

R. Usubov deyib ki, bu illər ərzində cinayətlərin açılması orta hesabla 88 faiz olub: "Ağır və xüsusi ilə ağır cinayətlər törətmiş 3 mindən çox cinayətkar qrup zərərsizləşdirilib,  15 mindən çox odlu silah yığılaraq təhvil verilib. Qeydə alınan cinayətlərin 88 faizi böyük ictimai təhlükə törətməyib, yalnız 12 faizi ağır və xüsusi ilə ağır cinayətlər olub"
.