Əlaqə Arxiv
news Image
2016.07.02
17:00
| A A A
Rusiya və Almaniya XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını müzakirə ediblər

Rusiya xarici işlər naziri Sergey Lavrov və Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayer telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin perspektivlərini, eləcə də Minsk razılaşmalarının yerinə yetirilməsi üzrə "Normand formatı"nda işi müzakirə ediblər.


Movqe.az RİA Novosti-yə istinadən məlumat verir ki, bu barədə Rusiyanın xarici siyasət idarəsinin məlumatında deyilir.


Məlumatda qeyd olunur: "Ukrayna böhranının aradan qaldırılması yolları üzrə Minsk razılaşmalarının yerinə yetirilməsi ilə bağlı "Normand formatı"nda işə, eləcə də almaniyalı nazirin ATƏT-in sədri kimi Yerevana və Bakıya səfərlərinin yekunları nəzərə alınmaqla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin perspektivlərinə xüsusi diqqət ayrılıb".

Sizin Reklam Yeriniz