Əlaqə Arxiv
news Image
2016.07.03
13:30
| A A A
Ermənistanın ATƏT PA-nın komitə iclasında aprel hadisələri ilə bağlı təklif etdiyi qətnaməyə düzəliş rədd edilib

Tiflisdə  keçirilən ATƏT Parlament Assambleyasının (PA) Siyasi və Təhlükəsizlik məsələləri üzrə ümumi komitənin iclasında Ermənistan nümayəndə heyətinin rəhbəri  Artaşes Qeqamyanın aprel hadisələri ilə bağlı komitənin qəbul edəcəyi qətnaməyə təklif etdiyi düzəliş qəbul edilməyib.

 Movqe.az-ın məlumatına görə, A. Qeqamyan aprel döyüşlərində təmas xəttində Azərbaycan Silahlı Qüvvələrin daxilində İŞİD üzvləri döyüşdüyünü və və onların erməni əsgərlərinin başını kəsdiyini iddia edib.Komitədə məruzəçi olan İsveç nümayəndə heyətinin rəhbəri Marqareta Sederfelt tərəfindən təklif qəti olaraq rədd edilib və düzəliş komitə iclasında qəbul olunmayıb. /apa/

Sizin Reklam Yeriniz