news Image
2016.07.04
12:00
| A A A
ATƏT PA-nın komitə iclasında Ermənistan nümayəndəsinin təklifi qəbul olunmayıb

 ATƏT-in Parlament Assambleyasının Gürcüstan paytaxtında keçirilən sessiyası çərçivəsində qurumun Demokratiya, İnsan Haqları və Humanitar məsələlər komitəsinin iclası olub.

 

Movqe.az-ın apa-ya istindən xəbərinə görə, ATƏT-ə üzv olan ölkələrdə və regionda insan haqlarının vəziyyəti, humanitar vəziyyət  və demokratiyanın inkişafı müzakirə edilib və qətnamə layihəsi təqdim olunub.

 

Müzakirələrdə çıxış edən Ermənistan nümayəndə heyətinin üzvü qətnamədə qeyd olunan "ATƏT regionunda artan zorakılıq və diskriminasiya hərəkətlərinin araşdırılmasının vacibliyi" bəndinə "milli azlıqlar və dini qruplar" sözünün əlavə olunmasını təklif edib. Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva isə bu əlavəyə ehtiyac olmadığını bildirib: "Zorakılıq və diskriminasiya hərəkətlərini dini və milli mənsubiyyətə fərqləndirmək düzgün deyil. Bu, yeni problemlərin yaranmasına səbəb ola bilər".

 

Səsvermə zamanı Ermənistan nümayəndəsinin təklifi rədd edilib.