news Image
2012.04.21
23:40
| A A A
Sulutəpə hadisələri ilə bağlı müvafiq tədbirlər görüləcək
“Azərbaycanda jurnalistə qarşı törədilmiş hər hansı təzyiq Prezident Administrasiyası tərəfindən qətiyyətlə pislənilir”

Azərbaycanda jurnalistə qarşı törədilmiş hər hansı təzyiq, fiziki güc digər bu kimi addımlar Prezident Administrasiyası tərəfindən qətiyyətlə pislənilir. Bunu SalamNews-a müsahibəsində Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalist İdrak Abbasovun döyülməsi məsələsinə münasibət bildirərkən deyib.

Şöbə müdiri söyləyib ki, istənilən halda Dövlət Neft Şirkəti bu məsələ ilə bağlı müvafiq işlər görür, bu hadisədə iştirak etmiş şəxslərin müəyyən olunması, onların sorğulanması istiqamətində addımlar atır araşdırmalar aparır. Ə.Həsənov deyib: "Hesab edirik ki, söküntü ətrafında baş vermiş hadisələr qəsdən ya bilərəkdən jurnalistə qarşı törədilmiş hərəkət deyil, sadəcə olaraq, söküntü qarşıdurması fonunda yaranmış anlaşılmazlıqdır. Azərbaycan hakimiyyətinin mövqeyi ondan ibarətdir ki, tədbirlərin işıqlandırılması zamanı jurnalist bu ya digər hadisələrlə bağlı foto digər çəkilişlər aparan zaman kənarda dayanmalıdır onlara qarşı da heç məhdudiyyət olmamalıdır".

Jurnalist İdrak Abbasovun hadisə zamanı sakinlərin etiraz aksiyası keçirməsinə səsləməsi barədə yayılan məlumatlara da toxunan PA rəsmisi bildirib: "Əlbəttə, bunlar da normal hal deyil. Amma mən inanmıram ki, jurnalist çağırış etdiyi üçün döyülüb. Sadəcə olaraq, İdrak Abbasov evi sökülən şəxslərin arasında olub, kiminsə mülkünü müdafiə edib ona görə təzyiqlərə məruz qalıb. İstənilən halda əgər kiminsə həqiqətən jurnalist fəaliyyəti varsa, ona ümumiyyətlə, heç kəsə təzyiq göstərilməməlidir. Amma bilirsiniz ki, qanunsuz tikililərin sökülməsi icazəlidir heç kəs razılıq verilməyən ərazidə tikinti apara bilməz. Buna baxmayaraq, əminəm ki, bu hadisədə anlaşılmazlıq olub bununla bağlı araşdırma aparılıb müvafiq tədbirlər görüləcək". 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs