Əlaqə Arxiv
news Image
2012.04.22
00:48
| A A A
Müxalifətin mitinq fiaskosu başlandı
Kamil Seyidov: “Vaxtilə “Xalq Cəbhəsi” adı ilə yaranan bu müxalifət qurumundan artıq xalq uzaqlaşıb” Araz Əlizadə: “Əhalinin radikal müxalifətə inamı itdiyindən mitinqlər taktikası artıq effekt vermir"

Artıq bir siyasi qüvvə kimi tükənmək üzrə olan radikal müxalifət aprelin 22- növbəti aksiyasını təşkil edib. Bu dəfə mitinq razılaşdırılmış əsasda 20-ci sahə deyilən ərazidə keçiriləcək. Onların ilk belə icazəli mitinqləri aprelin 8- olmuşdu. Hansı ki, həmin etiraz aksiyası İctimai Palatada cəmləşən müxalifətin sosial bazasının artıq tükənmək üzrə olduğunu bariz şəkildə nümayiş etdirdi. Belə ki, həmin aksiyaya cəmi 1200-ə yaxın insan cəlb olunmuşdu ki, onların da əksəriyyəti hələ mitinq başa çatmamış oradan uzaqlaşmışdı. Belədə müxalifətin iki həftə öncə təşkil etdiyi mitinqin iflasa uğradığının şahidi olduq. Analoji vəziyyətin sabah baş tutacaq aksiyada da davam edəcəyi birmənalıdır. Çünki aparılan araşdırmalar da göstərir ki, hətta müxalifət daxilində mitinq ab-havası olduqca zəifdir. Aprelin 8-dəki uğursuz aksiya müxalifətçiləri əməlli-başlı üzdüyündən onlar artıq sarsılmış vəziyyətdədir. Bu vəziyyətdə isə güclü bir aksiya təşkil etmək mümkünsüzdür

Vaxtilə müxalifət iddia edirdi ki, iqtidar şəhərin mərkəzində mitinq keçirməyə ona görə icazə vermir ki, ictimaiyyət aksiya iştirakçılarının kütləviliyinin şahidi ola bilər. Amma son tədbirləri göstərdi ki, əksinə icazəli aksiya olmasına baxmayaraq, radikal müxalifət heç min nəfəri belə ora toplaya bilmir. Belədə müxalifət son icazəli aksiya nəticəsində nəyə qadir olduğunu əyani şəkildə nümayiş etdirdi. Yəni artıq cəmiyyət əyani olaraq müxalifətin gücünün tükənmək üzrə olduğunun şahidi oldu.

Proses göstərir ki, bundan sonra aksiyalarını davam etdirməklə özlərini cəmiyyət qarşısında daha gülünc vəziyyətə salacaq olan-qalan nüfuzlarını da büsbütün itirəcəklər. Ona görə radikal müxalifət artıq mitinq taktikalarından imtina etməlidir. Onsuz da bu taktika xeyir gətirmək əvəzinə, onları daha da nüfuzdan salır.

Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidovun fikrincə, radikal müxalifətin son aksiyaları artıq mitinq taktikasının iflasa uğramasından xəbər verir: "Müxalifətin radikal qanadı həmişə hakimiyyəti sərbəst toplaşmaq hüququndan məhrum etmələrilə bağlı ittiham edirdi. Dövlət isə öz vətəndaşlarının müraciətinə müsbət cavab verərək mitinqlər keçirmək üçün həm aprelin 8-, həm aprelin 22-i üçün lazım olan şəraiti yaradıb. Lakin mitinqlərin keçirilməsilə bağlı artıq müxalifətin özünün çətin duruma düşmək üzrə olduğu barədə paradoksal vəziyyət yaranıb. Vaxtilə müxalifət mitinqlərin keçirilməsi üçün öz müraciətlərində şəhərin mərkəzi meydanlarını, insanların sıx olduğu əraziləri istəyirdilər. Hakimiyyət isə təbii olaraq digər insanların istirahət hüququnu pozmamaq, onların şəraitinin pisləşməməsi üçün mitinqlər üçün şəhərin bir sıra ərazilərində müvafiq yerlər ayırıb. Belə bir halda müxalifət hakimiyyəti əsassız olaraq sərbəst toplaşmaq hüquqlarının əllərindən alınması ilə ittiham edirdi. Bu yolla da öz mətbuat orqanları hamiləri olan xarici qurumlar qarşısında, guya, etiraz aksiyalarına imkan verilmədiyi barədə məlumatlar ötürürdülər. Artıq mitinqlər razılaşdırılmış yerlərdə keçirilir. Belə vəziyyətdə isə müxalifətin olduqca çətin bir duruma düşdüyü sezilir. Onlar həmişə sosial bazalarının həddən artıq çox olduğunu bəyan edirdi. Razılaşdırılmış mitinqlərdə isə sosial bazanın hansı səviyyədə olduğu bütün çılpaqlığı ilə üzə çıxır. Keçən mitinq göstərdi ki, onların sosial bazası daralmaqda davam edir. Son mitinqə cüzi sayda insanlar gəlmişdi, onlar da mitinq qurtarmamış dağılışdı. Növbəti aksiyalarının da möhtəşəm olacağı barədə illüziya qururlar. Amma son olaylar ondan xəbər verir ki, bu sadəcə bir təbliğatdır. Reallıqda isə müxalifət mitinqə elə güclü qüvvə çıxara bilməyəcək. Sosial bazası getdikcə daralan müxalifət artıq iflasa uğramaq ərəfəsindədir. Vaxtilə "Xalq Cəbhəsi" adı ilə yaranan bu müxalifət qurumundan artıq xalq uzaqlaşıb. Onlar öz siyasətlərilə əhalini özlərinə yaxınlaşdırmaq əvəzinə, daha da uzaqlaşdırırlar. Müxalifətin hazırkı durumu matrosları gəmini tərk edən kapitan Nemonun həyatını xatırladır. Onlar artıq minlərlə insanı aksiyalara toplamaq imkanında deyil. Əksinə, indi barmaqla sayıla biləcək qüvvəni zorla toplayırlar. Belə halda isə müxalifətin mitinq taktikasının da iflasa uğradığı aydın görünür. Çünki aksiyaların kəmiyyət göstəricisini təmin edə bilmirlər. Yəni radikalların keçirdikləri aksiyalarda sosial baza baxımından sönüklüyün müşahidə olunması prizmasında istər-istəməz müxalifət əhali arasında olan-qalan nüfuzunu da itirəcək. Sosial baza olmadıqda qədər təbliğat aparsan da xeyri olmayacaq yekun nəticədə belə acınacaqlı vəziyyət yaranacaq.

Ona görə yaxşısı budur mitinq taktikalarından imtina etməklə daha sivil qaydalarla fəaliyyətə start versinlər".

ASDP həmsədri Araz Əlizadə isə qeyd etdi ki, əhalinin radikal müxalifətə inamı itdiyindən mitinqlər taktikası artıq effekt vermir: "Müxalifətin mitinqlər zamanı hansı taktikadan istifadə etməli olduğunu bu düşərgənin təmsilçiləri olan şəxslərin özləri həll etməlidir. Amma məsələ ondadır ki, mitinqlərə gələn insanlar keçən əsrin 88-ci ilindən bəri eyni adamlardır. Vəziyyəti düzəltmək üçün yeni bir yol tapmırlar. Ona görə insanların radikal müxalifətə inamı qalmayıb".

Həsən İSLAMOV 

Sizin Reklam Yeriniz