news Image
2012.04.22
21:09
| A A A
İsrailin xarici işlər naziri Azərbaycana gələcək
Səfərdə məqsəd ikitərəfli əlaqələrin möhkəmləndirilməsidir

İsrailin xarici işlər naziri Aviqdor Liberman Azərbaycana səfərə gələcək. APA-nın "TheJerusalem Post" qəzetinə istinadən verdiyi məlumata görə, səfər aprelin sonunda gerçəkləşəcək. Səfərdə məqsəd ikitərəfli əlaqələrin möhkəmləndirilməsidir. A. Libermanın Bakıda keçirəcəyi görüşlərdə ikitərəfli münasibətlərin inkişafı müzakirə olunacaq. Diplomatik mənbələrdən bildirilib ki, səfər aprelin 23- baş tutacaq. İsrail nümayəndə heyəti Azərbaycan Dillər Universitetində İsrail Mədəniyyət Mərkəzinin açılışına qatılacaq. Açılış iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyinə həsr olunub