news Image
2012.04.23
14:41
| A A A
“Ətəkli Tələt Paşa”
ABŞ-dakı Erməni Lobbisi Hillari Klintondan qorxur.

Movqe.Az xəbər verir ki, Erməni lobbisinin nümayəndələrindən biri "Lragir.am" saytına müsahibə verərkən ABŞ dövlət katibi haqqında "Ətəkli Talat Paşa" ifadəsini işlədib. Saytda, Klintonun Demokrat Partiyasının nümayəndəsi kimi xarici siyasət idarəsinə gətirildikdən sonra Amerikan xarici siyasətinin hər sahədə bir fiyasko yaşandığı iddia edilib. Klintonun Türkiyə siyasətinin "Bizdən sonra tufan" başıyla və mənasız ardıcıllıqla icra edildiyi və kompleks problemlərə gətirib çıxaracağı irəli sürülüb. Yazıda, Clinton və Obamanın "Erməni soyqırımının tanınmasını sabote etdikləri" və bu məsələni əbədi bağlamağa çalışdıqları qarşıya qoyulub. Seçki kampaniyası əsnasında Hillari Klintonun soyqırımı tanıma istiqamətində açıqca dəstək verdiyi xatırladılıb və ABŞ dövlət katibi üçün "Burada ona çox yaxşı uyğun gələn ətəkli Talat Paşa var" ifadəsi istifadə edilib.

OBAMA DA HƏDƏFDƏ

Yazıda, Erməni əslli amerikalı seçicilər, seçki kampaniyası boyunca soyqırımı tanımanı rədd edənlərə qarşı mübarizə aparmağa və onlara səs verməməyə səslənilib. Obama, onun köməkçisi Joe Biden və partiya daxilində prezidentliyə namizəd kimi Obamaya yenilən Hillari Klinton, üç il əvvəl, seçiləndə Erməni soyqırımını tanıma vədini vermişdilər. Prezident Barak Obama son üç ildir 24 aprel çıxışlarında Ankaranı narahat edəcək ifadələrdən çəkinib. Bu il də Obamanın Ankara ilə problem yaradacaq hansısa ifadəni işlədəcəyi ehtimal olunmur.

Tural QABİLOĞLU


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs