news Image
2016.11.30
10:47
| A A A
Ərdoğan müharibə elan edir? - “Suriyaya girməkdə məqsədimiz...”

“Suriyaya daxil olan Türkiyə ordusunun əsas məqsədi xalqını qıran tiran və cəllad Əsəd rejiminin hakimiyyətinə son qoymaqdır”.

Movqe.az  xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Parlamentlərarası Qüds Platformu Simpoziumunda “Firat qalxanı” əməliyyatını şərh edərkən bildirib. 

“Mənim fikrimcə, Suriyada indiyə qədər 1 milyon insan qətlə yetirilib. Bu ölüm hələ də davam edir. Uşaq, qadın, kişi ayrı-seçkiliyi davam edir. BMT hardadır, nə iş görür? Biz “səbr et” dedik, sonda dözməyib Suriyaya Azad Suriya ordusu ilə bərabər girmək məcburiyyətində qaldıq. Niyə daxil olduq? Bizim Suriyanın torpaqlarında gözümüz yoxdur. Əsas məqsədimiz torpağın həqiqi sahiblərini öz torpaqlarına qaytarmaqdır. Yəni orada ədalətin bərpası üçün varıq. Terror törədən qəddar Əsədin hökmranlığına son qoymaq üçün ora girdik, başqa bir niyyətimiz yoxdur”, - deyə Türkiyə lideri əlavə edib.

Qeyd edək ki, Türkiyə Suriyadakı əməliyyatlara qoşularkən əsas məqsədin İŞİD-lə mübarizə olduğunu elan etmişdi. Ərdoğanın bugünkü açıqlaması isə analitiklər arasında ciddi gündəm yaradıb. Onlar Türkiyə prezidentinin bu açıqlamasını hədəflərinin dəyişməsi kimi izah edirlər. /qafqazinfo.az/

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs