Əlaqə Arxiv
news Image
2016.11.30
11:56
| A A A
Azərbaycan parlamenti 2017-ci ilin dövlət büdcəsinin müzakirəsinə başlayıb

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Təbii ehtiyatlar, energetika və ekologiya, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələrinin birgə iclasında 2017-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsini müzakirə edilir.
 
Movqe.az-ın məlumatına görə, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, Azərbaycan dünyanın bir parçası olduğundan baş verən qlobal proseslər, hadisələr ölkəmizin iqtisadiyyatına da təsir edib: "Son illərdə dünyada neftin qiymətinin aşağı olması bir çox ölkədə olduğu kimi, Azərbaycana da təsir edib, gəlirlərimizin azalmasına səbəb olub. Uzun illər aparılan düşünülmüş siyasət bu təsirlərin minimuma enməsinə səbəb olub. Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, iqtisadi islahatların dərinləşməsi, qeyri-neft sektorunun inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Bu il obyektiv səbəblərdən gələn ilin dövlət büdcəsi Milli Məclisə gec daxil olub. Buna baxmayaraq, qeyd etməliyəm ki, büdcə zərfinə daxil olan sənədlərdə reallıqları və gələcək üçün ehtiyatlar nəzərə alınıb”.
 
Daha sonra maliyyə naziri Samir Şərifov bildirib ki, 2017-ci ilin dövlət büdcəsi layihəsi hazırlanarkən 2017-2020-ci illərdə makroiqtisadi proqnozlar və qlobal iqtisadi proseslər nəzərə alınıb. S. Şərifov 2017-ci ilin dövlət büdcəsində sosialyönümlü tədbirlərin, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı zəruri xərclərin prioritet olaraq qaldığını bəyan edib.

Sizin Reklam Yeriniz