news Image
2016.11.30
13:46
| A A A
İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Adana vilayətində baş vermiş faciə ilə bağlı başsağlığı verib.

Movqe.az-ın məlumatına görə, başsağlığında deyilir:

"Adana vilayətinin Aladağ rayonunda şagird yataqxanasında baş vermiş yanğın nəticəsində insan tələfatı və yaralananlar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs