news Image
2016.11.30
16:20
| A A A
Ramiz Mehdiyev: "Kimlərəsə Dağlıq Qarabağla bağlı münaqişə biznes kimi, çirkli biznes və çirkli siyasət yürütmək baxımından sərfəlidir”

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlərlə bağlı maqalə yazıb.

Movqe.az xəbər verir ki,“Ermənistan Vətəndaş Cəmiyyəti kontekstində Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” adlanan məqalədə bu ilin aprelində cəbhədə baş verən hadisələrin münaqişənin həllində hər hansı əhəmiyyətli dəyişiklik yaratmadığı qeyd edilir:

“Nə iki ölkə prezidentlərinin görüşü, nə də ATƏT-in Minsk qrupunun vasitəçilik fəaliyyəti lazımi nəticələr vermədi. Qarabağ probleminin həllində, danışıqların yenilənməsində ən nüfuzlu beynəlxalq təşkilatlar və ayrı-ayrı siyasi nümayəndələr iştirak edir. Lakin hələ ki, heç kim Dağlıq Qarabağda atəşkəs rejiminin yaxın gələcəkdə ədalətli sülh yolu ilə həllinə təminat verə bilməz.

Əslində, müharibə nə cəbhədə (hələ də işğal olunmuş torpaqlar azad edilməyib), nə diplomatiya, nə də media məkanında başa çatmayıb. Kimlərəsə Dağlıq Qarabağla bağlı münaqişə biznes kimi, çirkli biznes və çirkli siyasət yürütmək baxımından sərfəlidir”.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs