Əlaqə Arxiv
news Image
2016.11.30
16:35
| A A A
Rusiya müdafiə naziri: “Azərbaycan Xəzər regionunda təhlükəsizlik forpostudur” - YENİLƏNİB

Moskvada Azərbaycan və Rusiya müdafiə nazirlərinin görüşü olub
"Rusiya və Azərbaycan Xəzər regionunun təhlükəsizliyinin təmin olunması üçün əməkdaşlığı genişləndirir".
Movqe.az-ın apa-ya istinadən  verdiyi məlumata görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu azərbaycanlı həmkarı, general-polkovnik Zakir Həsənovla keçirdiyi görüşdə deyib.
 
"Hesab edirik ki, Azərbaycan Xəzər regionunda təhlükəsizlik forpostudur. Ona görə də, bizə bu regionda daha da effektli əməkdaşlıq etmək lazımdır", - deyə Rusiya müdafiə naziri qeyd edib.
 
S. Şoyqu ölkələrin buna olduqca yaxınlaşdığını da vurğulayıb: "Əminəm ki, bu, regionda sabitliyə əhəmiyyətli dərəcədə təsir edir".
 
 
***
 
saat 12.11
 
Bu gün Moskvada Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası çərçivəsində görüş keçirilib.
 
APA-nın Moskva müxbirinin xəbərinə görə, görüş əvvəlcə təkbətək, daha sonra geniş formatda baş tutub.
 
Görüş zamanı iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.
 
Sergey Şoyqu deyib ki, bu il Azərbaycan və Rusiya Müdafiə nazirlikləri arasında əlaqələr plan üzrə gedib: “Bu plana əlavə kimi bizim beynəlxalq terrorla mübarizəyə qarşı birgə işimizi göstərmək olar. Burada beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində vəziyyətin dəyişməsi xüsusi rol oynayır. Bizim hərbi əməkdaşlıq sahəsində planlarımız yerinə yetirilir”.
 
Rusiyanın müdafiə naziri onu da deyib ki, Azərbaycan bu gün Xəzər regionunda təhlükəsizlik forpostudur: “Ona görə də biz bu sahədə daha effektli əməkdaşlıq etməliyik. Ümid edirik ki, 2017-ci ildə iki ölkənin hərbi dəniz donanma komandanlığının Xəzərdə təhlükəsizlik  məsələlərinin nizamlanması ilə bağlı strukturunun yaradılmasına nail olacağıq”.
 
Zakir Həsənov isə bildirib ki, iki ölkə arasında hərbi və hərbi-texnika sahədə əməkdaşlıq inkişaf edir. O, bugünkü görüşün hər iki ölkə üçün səmərəli olacağını deyib.
 
Zakir Həsənov onu da bildirib ki, hazırda Rusiya ali hərbi məktəblərində 80-dən çox  azərbaycanlı kursant təhsil alır.
 
Görüşün sonunda müdafiə nazirləri iki ölkənin Müdafiə nazirlikləri arasında 2017-ci il üçün əməkdaşlıq planını imzalayıblar.

Sizin Reklam Yeriniz