Əlaqə Arxiv
news Image
2016.12.01
09:30
| A A A
Azərbaycan beynəlxalq miqyasda daha böyük nüfuz sahibinə çevrilir
Elman Nəsirli: “Hansısa siyasi dairələrin diqtəsi altında deyil, məhz öz milli maraqlarımızdan çıxış edərək fəaliyyət göstəririk” Oqtay Sadıqzadə: “Ticari, iqtisadi, humanitar, multikulturalizm sahəsində əməkdaşlığımız daim aktualdır”

Son dövrlər Azərbaycanla qarşılıqlı əməkdaşlığı genişləndirməyə çalışan ölkələrin sayı artır. Artıq bu sırada bütün qitələr üzrə olan ölkələr var. Siyasilər bunu Azərbaycanın artan beynəlxalq nüfuzu ilə əlaqələndirirlər. 

Millət vəkili Elman Nəsirli bildirdi ki, Azərbaycan artıq beynəlxalq aləmdə etibarlı tərəfdaş kim qəbul olunub: “Ölkəmizin beynəlxalq nüfuzu kifayət qədər böyükdür. Bu, ilk növbədə onda təsdiqini tapdı ki, Azərbaycan  2011-ci il oktyabrın 24-də BMT TŞ-na seçkilər zamanı 155 dövlətin səsini qazandı. Beləliklə müstəqillik tarixinin ən mühüm hadisəsi baş verdi. Nəticədə ölkəmiz elit dövlətlər klubuna daxil oldu. BMT TŞ-da 5 daimi, 10 qeyri-daimi üzv olmaqla 15 dövlət var. Yəni, BMT-nin 193 ölkəsindən yalnız 15-i elit dövlətlər hesab olunur. Bu, Azərbaycanın beynəlxalq aləmdə hansı nüfuza malik olduğunun göstəricisidir. Təbii ki, bu nailiyyət asan əldə edilməyib. 
Ümumiyyətlə, ölkəmizin beynəlxalq aləmin diqqətində olması onunla bağlıdır ki, Azərbaycan qlobal sülhə və təhlükəsizliyə böyük töhfə verir. Digər parametrlərin də Azərbaycanın beynəlxalq nüfuzunun artmasına böyük təsiri var. Bir çox hallarda kiçik dövlətlər böyük dövlətlərin təsiri altında fəaliyyət göstərir. Lakin Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin elə bir əsasını qoyub ki, siyasətimiz sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmin siyasət ilk növbədə milli mənafeyə söykənir. Dövlətin, xalqın milli marağının fövqündə nəsə yoxdur. Bu, bizi güclü edən tərəfdir. Yəni, hansısa siyasi dairələrin diqtəsi altında deyil, məhz öz milli maraqlarımızdan çıxış edərək fəaliyyət göstəririk. Eyni zamanda partnyorlarımızın da maraqlarını nəzərə alırıq. 
Azərbaycanı güclü edən ən mühüm məsələlərdən biri də dövlətimizin müstəqil xarici siyasət kursu həyata keçirməsidir. Azərbaycan kiminsə diqtəsi ilə addım atmır. Azərbaycanın hər bir sözünün əməl qədər çəkisi var. Bunu da bütün dünya birliyi təsdiqləyir. Ancaq müstəqil siyasətimizi, beynəlxalq gücümüzün artmasını istəməyən qüvvələr də var. O qüvvələr bizi ona görə sevmir ki, İlham Əliyev xalqın mənafeyindən çıxış edən Prezidentdir. Azərbaycanda xalq-hakimiyyət birliyi var. Bunun həzm edə bilmirlər. Həqiqət isə ondan ibarətdir ki, Azərbaycan dövləti öz yolu ilə gedir. O istiqamətdə də öz nailiyyətlərini əldə edir. Bu baxımdan dünya bütün parametrlər üzrə Cənub Qafqazın lider dövlətinin Azərbaycan olduğunun fərqindədir. Bu reallığın fərqində olan dünya dövlətləri regional lider dövlətlə münasibətləri inkişaf etdirmək xəttini tutublar. Bu da Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsinə bir daha xidmət göstərir”. 
Digər siyasi şərhçi Oqtay Sadıqzadə bildirdi ki, son dövrlər yeni qloballaşma çərçivsində tərəfdaş və beynəlxalq ticari təmaslarımız, mədəni-humanitar sahələrdə əlaqələrimiz genişlənməkdədir: “Azərbaycan dövlətinin yeni coğrafi hədəflərə üz tutması, yeni coğrafi məkanlarda səfirliklərinin açılması son tendensiyalara sadiq olduğunun göstəricisidir. Yeni meyllər müxtəlif sahələrdə özünü büruzə verir. Artıq yeni iqtisadi birliklərə üzvlük məsələsi gündəmdədir. Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının assosiativ üzvüdür. Digər iqtisadi, müxtəlif inteqrasiya birliklərinə də üzv olmaq ehtimalımız günü-gündən artır. Belə olan təqdirdə müxtəlif qitələrdəki mütəlif təşkilatlarda artan xətt üzrə münasibətlərimiz inkişaf etməlidir. Gələcəkdə də bu proses bir qədər dərinləşəcək. Ticari, iqtisadi, humanitar, multikulturalizm sahəsində əməkdaşlığımız daim aktualdır”.

Mübariz BAYRAMOV

 

Sizin Reklam Yeriniz