news Image
2016.12.01
14:25
| A A A
`Ermənistan sülh prosesini öldürür` - Məmmədyarov

“Son vaxtlar Ermənistan tərəfdən xoşagəlməz bəyanatlar gəlir. Belə bir bəyənatlar sülh danışıqlarında mənfi təsir edir, həmçinin sülh prosesini öldürür”.

Movqe.az-ın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bosniya və Herseqovinadan olan həmkarı İqor Çrnadakla görüşdən sonra keçirilən mətbuat konfransında Ermənistan tərəfinin “Dağlıq Qarabağ ya müstəqil olmalıdır, ya da Ermənistana birləşdirilməlidir” bəyənatına münasibət bildirərkən deyib. 

Onun sözlərinə görə, bu tip bəyanatlar sülh prosesində mənfi təsir edir. Belə ki, görüşlərdə danışıqlar bu şəkildə aparılmır.

“Danışıqların hansı istiqamətində aparılması sirr deyil. Müzakirə olunan sənəddə qeyd olunur ki, Ermənistan qoşunları işğal olunmuş ərazidən mərhələli şəkildə çıxarılmalıdır. Status məsələsi də müzakirə olunur. Lakin hamıya bəllidir ki, əgər ilk mərhələdə statusu qaldırsaq, bu sülh prosesini öldürmək anlamına gəlir. Öncə Azərbaycan tərəfi Qarabağa qayıtmalıdır. 

Bundan sonra Qarabağın statusundan danışmaq olar. Biz sülh danışıqları üzərində işləməliyik. Ermənistan tərəfi həmsədr ölkə olan Fransanın Hamburqda görüş barədə təklifini cavablandırmır. Bu isə o deməkdir ki, ermənilər sülh prosesinə dəstək vermirlər”.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs