news Image
2016.12.01
19:30
| A A A
Finlandiya Rusiyaya qarşı sanksiyalardan imtina etdi

Rusiyanın Krımı ilhaq etməsindən sonra ilk dəfə Finlandiya Moskva ilə iqtisadi-ticarət münasibətlərini bərpa edib.

Virtualaz.org “The Financial Times” nəşrinə istinadən xəbər verir ki, bunu Finlandiyanın ticarət naziri Kay Mikkanen deyib.

Mikkanen xatırladıb ki, onun ölkəsinin Rusiya ilə geniş sərhədi var və “bir çox məsələlər üzrə zaman-zaman əməkdaşlıq etmək lazımdır”.

Nazir qeyd edib ki. beynəlxalq hüququn pozulması məsələsində Qərbin yekdil fikrinin qorunub saxlanması vacibdir, lakin hesab edir ki, bu Rusiya ilə iqtisadi əlaqələrə ziddiyyət təşkil etmir.

Bundan öncə Norveç də Rusiya ilə əməkdaşlığı bərpa etmək niyyətində olduğunu bildirmişdi.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs