news Image
2016.12.01
22:30
| A A A
QHT-lərə Dövlət Dəstəyi Şurası 2017-ci il üçün qrant müsabiqəsi elan edib
2015-ci ilin sonunadək qeydiyyatdan keçmiş QHT-lər üçün layihənin maksimum məbləği 12000 manat ola bilər

Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurası 2017-ci il üçün Azərbaycan QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edib.

Şuranın mətbuat xidmətindən movqe.az-a verilən məlumata görə, Şura 17 mövzu üzrə layihələri dəstəkləyir:
1) İnsan hüquqlarının müdafiəsi və demokratiya məsələlərinə dair təşəbbüslər;
2) Açıq hökumətin təşviqi və korrupsiyanın qarşısının alınmasına dair məsələlər;
3) Mətbuatda, sosial mediada və ictimai həyatda milli-mənəvi dəyərlərin, ictimai davranış qaydalarının və etik normaların qorunmasına dair təşəbbüslər;
4) Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində xarici ölkələrdə təbliğat işlərinin aparılmasına dair təşəbbüslər;
5) Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, humanitar və sosial-iqtisadi problemlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması;
6) Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı beynəlxalq miqyasda təbliğat işlərinin aparılması;
7) Qaçqın, məcburi köçkün, əlil, müharibə veteranları və digər həssas qrupların sosial problemlərinin həllinə dair təşəbbüslər;
8) İctimai aktuallıq kəsb edən məsələlərlə bağlı video çarxların və sənədli filmlərin hazırlanması;
9) Narkomaniya, insan alveri və digər zərərli vərdişlərlə mübarizəyə dair təşəbbüslər;
10) İqtisadi və sosial sahələrin inkişafına dair ictimai təşəbbüslər;
11) Aqrar sektorda və kiçik biznesdə əhalinin məşğulluğunun inkişaf etdirilməsi, bu sahədə sahibkarlığın stimullaşdırılması ilə bağlı hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi;
12) İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair təşəbbüslər;
13) Ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığının qorunmasına dair təşəbbüslər;
14) Ailə, qadın və uşaq məsələlərinə dair təşəbbüslər;
15) Məişət zorakılığına qarşı mübarizə kampaniyalarının, maarifləndirmə işlərinin aparılması və zorakılığa məruz qalan insanlara psixoloji və hüquqi yardımların göstərilməsinə dair təşəbbüslər;
16) Ümumi təhsil müəssisələrində uğurlu təhsil metodikalarının təşviqi, valideynlərin təhsil prosesində iştirakının stimullaşdırılması və məktəblilərin ictimai fəallığının artırılmasına dair təşəbbüslər;
17) Mədəniyyətin inkişafı və ölkəmizin turizm potensialının təbliğinə dair təşəbbüslər .
Təqdim olunan layihələr Şuranın tərtib etdiyi formalara, qaydaya və şərtlərə uyğun olmalıdır. Layihələrin müddəti 12 ayadək ola bilər.
2015-ci ilin sonunadək qeydiyyatdan keçmiş QHT-lər üçün layihənin maksimum məbləği 12000 manat ola bilər.
2016-cı il yanvarın 1-dən sonra qeydiyyatdan keçmiş QHT-lər 3000 manatdan artıq olmayan məbləğdə layihə təklifləri verə bilər.
Müsabiqə üzrə ərizələrin qəbulu dekabr 1-dən elektron qaydada həyata keçirilir. Ərizələrin qəbulu və qərar qəbul etmə prosesi 4 mərhələdə aparılacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs