Əlaqə Arxiv
news Image
2016.12.02
09:59
| A A A
Qürur mənbəyimiz – bayrağımız

Hər bir millətin bayrağı onun milli kimliyinin, mədəniyyətinin, dilinin, dininin, adət-ənənəsinin ifadəsi və dövlətinin atributudur. Hər bir millətin bayrağı onun özünü təmsil edir və bayrağa hörmət millətə hörmət deməkdir. Bu baxımdan, bayraq bütün millətlər üçün xüsusi əhəmiyyətvə müqəddəslikdaşıyır. Bayraq bizim üçün həm də müstəqilliyimizin rəmzi və qürur mənbəyidir.Üçrəngli bayrağımız səmada dalğalandıqca xalqımızın necə güclü və qüdrətli olduğunu bütün dünyaya nümayiş etdirir. O, özündə dövlətimizin qan yaddaşını,döyüş meydanında, cəbhədə xalqımızın müstəqilliyi uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın qanınıdaşıyır.

Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Üçrəngli bayraq ideyasını isə ilk dəfə Azərbaycan istiqlaliyyətinin ideoloqlarından olan Əli bəy Hüseynzadə gündəmə gətirmişdir. Bu üç rəng XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini - “Türkləşmək, islamlaşmaq və müasirləşmək” düsturunu ifadə edirdi. Ancaq çox təəssüf ki, 1920-ci ilin 28 aprelində AXC-nin bolşevik Rusiyası tərəfindən işğalından dərhal sonra bayrağımız Azərbaycan Parlamentinin binası üzərindən endirilmiş və xalqımız düz 70 il dövlət atributu kimi bolşevik ideologiyasının məhsulu olan bayrağı istifadə etmək məcburiyyətində qalmışdır.
Həmin bayraq bir də 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağımızın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır.
Ulu Öndər Heydər Əliyev 1993-cü ilin iyununda xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə ictimai-siyasi sabitlik təmin edilmişdir. Üçrəngli bayrağımızın ikinci dəfə dövlət rəmzi kimi təsbit edilməsi də Ümummilli Liderin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə ümumxalq referendumu ilə qəbul olunmuşAzərbaycan Konstitusiyasında üçrəngli bayraq dövlət rəmzi kimi öz əksini tapmışdır.
Dövlət rəmzlərinə, onların təbliğinə böyük önəm verən Ulu Öndər demişdir: “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”. 
Ümummilli Liderin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev də Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Keçmişimizə, millidəyərlərimizə, tarixi-mədəni irsimizə qayğı iləyanaşan dövlət başçımız 2009-cuilin17 noyabrında imzaladığı Sərəncamla Azərbaycanın üçrəngli bayrağınınilkdəfə rəsmi ucaldığı 9noyabr (1918-ci il) tarixini “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” kimi təsis etmişdir.
Həmçinin cənab Prezident Dövlət bayrağının Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biri olduğunu nəzərə alaraq və onun təbliğinin daim diqqət mərkəzində saxlanılmasını təmin etmək məqsədilə 2007-ci il noyabrın 17-dəDövlət Bayrağı Meydanının yaradılması haqqında Sərəncam imzalamışdır. 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında Prezident İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təməli qoyulmuş, 2010-cu il sentyabrın 1-də isə təntənəli açılış mərasimi keçirilmişdir. Mərasimdə çıxış edən dövlət başçımızın bayrağımızla bağlı fikirləri olduqca qürurvericidir: “Bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
Bu gün hər bir vətənpərvər Azərbaycan oğul və qızının qəlbindəbirmüqəddəs arzu var: üçrəngli bayrağımızı Azərbaycanınişğalaltındaolanyaşayış məntəqələri üzərində ucaltmaq! O zaman torpaqlarmızın müdafiəsi uğrunda şəhid olanların qanı yerdə qalmayacaq, ruhları şad olacaqdır! Bunun üçün biz gənclər də bayrağımız ətrafında birləşib,dövlət başçısı cənab İlhamƏliyevinhəyatakeçirdiyiuğurludiplomatiyavə hərbiquruculuqsiyasətinə öz dəstəyimizi əsirgəməməliyik.

Aygül AĞAYEVA

Sizin Reklam Yeriniz