Əlaqə Arxiv
news Image
2016.12.02
10:26
| A A A
Baş prokuror Yevlaxda vətəndaş qəbulu keçirəcək

Baş prokuror Zakir Qaralov dekabrın 9-da saat 10:00-da Yevlax rayon prokurorluğunun inzibati binasında, Mingəçevir şəhəri, Yevlax, Ağdaş, Ucar, Bərdə və Zərdab rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək. Baş prokurorluğun mətbuat xidmətindən Movqe.az-a  verilən məlumata görə, qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaq.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Yevlax şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Sizin Reklam Yeriniz