Əlaqə Arxiv
news Image
2016.12.02
11:27
| A A A
Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi olub

Vergilər Nazirliyində kadr dəyişikliyi olub. Movqe.az xəbər verir ki, Natiq Şirinov Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi təyin olunub. N. Şirinov bundan öncə vergilər nazirinin müşaviri vəzifəsində çalışıb. Maraqlıdır ki, sonuncu vəzifəsində mütəxəssis 1 ay qalıb.

Bundan başqa, Zaur Fətizadə Beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi baş idarəsinin rəisi vəzifəsinə təyin olunub. Bundan öncə Z. Fətizadə Vergilər Nazirliyinin Vergi risklərinin təhlili və nəzarəti baş idarəsinin rəisi olub.

Bunadək Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi olan İlqar Əhmədov nazirin müşaviri təyin olunub. Bununla yanaşı, İ. Əhmədov əvvəlki vəzifəsini müvəqqəti icra edir./apa/

Sizin Reklam Yeriniz