Əlaqə Arxiv
news Image
2016.12.05
16:23
| A A A
Rusiya qırıcısı Suriyadan salamat qayıdıb, Aralıq dənizində suya düşdü

Rusiya qırıcısı Su-33 Aralıq dənizində qəzaya uğrayıb. Movqe.az-ın məlumatına görə, TASS bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verib.

Məlumatda deyilir ki, Suriya səmasında hərbi tapşırığı yerinə yetirib qayıdan qırıcı təyyarə aviadaşıyıcı "Admiral Kuznetsov" kreyserinə eniş edərkən trosun qopması nətcəsində suya düşüb.

Məlumatda hərbi təyyarəçinin heç bir xəsarət almaması bildirilir.

Sizin Reklam Yeriniz