Əlaqə Arxiv
news Image
2016.12.05
17:15
| A A A
Mübariz Qurbanlı: Xaricdə qanunsuz silahlı birləşmələrə qoşulanlar Azərbaycana təhlükə yarada bilməzlər

Xarici ölkələrdə qeyri-qanuni silahlı birləşmələrə qoşulmuş Azərbaycan vətəndaşları sonradan ölkəyə qayıdıb heç bir təhlükə yarada bilməzlər. Bunu  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, ümumiyyətlə Azərbaycandan xarici ölkələrdə qeyri-qanuni silahlı birləşmələrə qoşulanların sayı kifayət qədər azdır:

“Qeyri-qanuni silahlı birləşmələrə qoşulub və peşman olub qayıdanlar olacaqsa, onların əməlləri hüquq-mühafizə orqanları tərəfindən araşdırılacaq və müfaviq qaydada tədbirlər görüləcək. Azərbaycanda hüquq-mühafizə sistemi təkmil səviyyədədir və cinayətkarlığın, qeyri-qanuni hərəkətlərin qarşısını almağa qadirdir”.

M.Qurbanlı əlavə edib ki, qanunsuz silahlı birləşmələrə qoşulanlar ölkəyə qayıdıb peşmanlıqlarını ifadə etsinlər, ədalət məhkəməsi onların peşmançılığını nəzərə alar./trend/

Sizin Reklam Yeriniz