Əlaqə Arxiv
news Image
2016.12.07
16:56
| A A A
Qazaxıstan xüsusi xidmət orqanları Aktobedə neft oğurlamaqda şübhəli bilinən radikal qrup saxlayıb

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (MTK) Aktobedə keçirdiyi xüsusi əməliyyat zamanı neft oğurluğunda şübhəli bilinən şəxsləri saxlayıb.
Bu barədə  Movqe.az  RİA "Novosti"yə istinadən xəbər verir.
"Əməliyyat-axtarış tədbirləri nəticəsində neft oğurluğunda iştirak etməkdə şübhəli bilinən şəxslər saxlanılıb, neft və neft məhsulları ilə dolu avtosisternlər ələ keçirilib" - Qazaxıstan MTK-nın saytında yerləşdirilən məlumatda deyilir.
Komitənin mətbuat xidmətinin verdiyi məlumata görə, neft oğurluğu edən şəxslərə himayədarlıq edən radikal islam cərəyanının tərəfdaşlardan ibarət cinayətkar qruplaşmanın bir neçə üzvü həbs olunub.
Hazırda onların yaşadığı ünvanlarda, eləcə də ilkin məlumatlara görə, oğurlanmış neft leqallaşdırılması ilə məşğul olan bir sıra müəssisələrdə axtarış işləri aparılır. 

Sizin Reklam Yeriniz