Əlaqə Arxiv
news Image
2016.12.07
17:10
| A A A
Özbəkistan 27 ölkə ilə viza rejimin ləğv edir.

“Report” Özbəkistan KİV-inə istinadən xəbər verir ki, 2017-ci il aprelin 1-dən dünyanın 15 dövlətinin vətəndaşları ölkəyə vizasız səyahət edə biləcək.
İnformasiyaya görə, Özbəkistanın yeni seçilən prezidenti, hələlik dövlət başçısı səlahiyətlərini icra edən baş nazir Şövkət Mirziyoyevin imzaladığı fərmana əsasən, Avstraliya, Avstriya, Almaniya, Britaniya, Danimarka, İspaniya, İtaliya, Kanada, Lüksemburq, Niderland, Cənubi Koreya, Sinqapur, Finlandiya, İsveçrə və Yaponiya ilə viza rejimi ləğv ediləcək. 
Bundan başqa, 12 dövlətin-ABŞ, Belçika, İndoneziya, Çin (turist qruplarla), Fransa, Vyetnam, İsrail, Polşa, Macarıstan, Portuqaliya, Malaziya və Çexiyanın yaşı 55 və daha çox olan  vətəndaşları Özbəkistana vizasız səyahət edə biləcəklər.
Məlumata görə, həmin dövlətlərin vətəndaşları ölkəyə girişdə 50 dollar ödəyib, Özbəkistanda 30 gün qala biləcəklər. 

Sizin Reklam Yeriniz