Əlaqə Arxiv
news Image
2016.12.08
08:00
| A A A
Cəbhədə hərbi əməliyyatlar yenidən bərpa oluna bilər
Məhəmməd Əsədullzadə: “Ermənistan tərəfi Azərbaycanın güclü orduya və müasir döyüş silahlarına malik olmasını çox gözəl bilir və bunun acısını apreldə yaşayıb” Xətai Baxışov: “Ağlagəlməz hər şey gözləmək mümkündür”

Prezidenlərin son görüşündən sonra atəşkəs pozuntularının sayı kəskin azalmışdı. Amma yenidən artmağa başlayıb. Düşmən get-gedə cəbhədə gərginliyi artırır. Ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini daha çox pozmağa başlayıblar. Siyasilər artan gərginliyi müxtəlif rakursdan  şərh edirlər. Ancaq diqqəti çəkən ermənilərin bütün bunları ordular fərqinin Azərbaycanın xeyrinə olduğunu bilə-bilə etmələridir.

Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullzadə bildirdi ki, Ermənistanın cəbhə xəttində atəşkəsi pozması son bir ayda daha intensiv xarakter alıb: “Bir neçə ay çəkən nisbi sskitlik fonunda təxribatlara əl atan Ermənistan hazırda danışıqlardan yayınır və hər hansı kompromisə hazır olmadığını nümayiş etdirməkdədir. Ermənistanın bu təxribatlarının arxasında Rusiya faktorunun olması danılmazdır. Çünki, Rusiya tərəfindən müəyyən raket kompleksləri və silah partiyalarının verilməsi, ardınca "Birgə qoşun" növünün yaradılması Ermənistanı arxayınlaşdırıb. Rusiyanın tam dəstəyi ilə mövqeyini güclənmiş hesab edir. 
Ermənistan tərəfi Azərbaycanın güclü orduya və müasir döyüş silahlarına malik olmasını çox gözəl bilir və bunun acısını apreldə yaşayıb. Təssüf ki, Ermənistanın son aylarda sərgilədiyi siyasət yeni aprel sindiromunun yaşamasına gətirib çıxardacaq. Çünki, regionda qüvvələr balansı Azərbaycanın xeyrinədir. Ermənistanı Rusiyanın silahlandırmasına baxmayaraq, Azərbaycan öz hərbi potensialını tərəfdaş ölkələr hesabına gücləndirməkdədir. Bu gün İrəvan-Moskva hərbi ittifaqına qarşı Azərbaycan-Türkiyə və Azərbaycan-Pakistan hərbi ittifaqı yaradılmaqdadır. Rusiya Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistanın havadan müdafiə sistemlərinin modifikasiya işlərini aparmaqdadır. Onun təcavüzkara verdiyi bu dəstək əlbəttə, münaqişənin uzadılmasına xidmət edir. 
Hesab edirəm ki, növbəti aylarda danışıqlar prosesində irəliləyiş baş verməsə,  toqquşmaların baş verməsi qaçılmaz olacaq. Ermənistan tərəfi ola bilsin, aprel ayı keçiriləcək parlament seçkilərinə kimi güzəştsiz mövqe sərgiləsin. Azərbaycanın bununla razılaşıb-razılaşmayacağı isə bir müddətdən sonra aydın olacaq”.
Ehtiyatda olan polkovnik Xətai Baxışov bildirdi ki, düşmənimizin çox hiyləgər və yaltaq olduğunu unutmayaq: “Tarix bunu göstərir. Odur ki, onlardan ağlagəlməz hər şey gözləmək mümkündür. Adətən də bütün əməllərini himayədarının dediyi ilə həyata keçiriblər. Hazırda yaşanan hadisələrdə də onu istisna etmək olmaz. Ancaq deyilə bilinməyənlər sözlər də var. 
Nəzər alaq ki, Azərbaycanda demək olar, bütün hegemon dövlətlərin hamısının maraqları var. Xüsusən də bəzi qonşu dövlətləri göstərə bilərik. Onlar istəməz ki, ağır anlarda xalq Ali Baş Komandanına dəstək olsun. Bu birlik onlar üçün sərf etmir”. 
Xətai Baxışov əlavə etdi ki, düşmənin dəstəkçiləri olmasa, Azərbaycan Ordusu uzağı bir aya torpaqlarını azad etmək iqtidarındadır: “Nəzərə alaq ki, ötən ilin aprel döyüşlərindən dərhal sonra ruslar Dağıstandakı qoşun birləşmələrini həyəcan siqnalı ilə qaldıraraq bizim sərhədə doğru toplamışdı. Sonradan irimiqyaslı təlimlər də həyata keçirdirlər. Bu, onların bizə qarşı təzyiqinin növbəti əyani sübutudur”.
Mübariz BAYRAMOV

 

 

Sizin Reklam Yeriniz