Əlaqə Arxiv
news Image
2016.12.09
14:36
| A A A
Malena Mard: Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tərəflər arasında dialoq çox vacibdir

Avropa İttifaqı (Aİ) Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli sülh yolu ilə həllini dəstəkləyir.

Movqe.az-ın trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə ötən gün Hamburqda keçirilmiş ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasını şərh edən Aİ-nin Azərbaycandakı səfiri Malena Mard deyib.

M.Mard bildirib ki, Avropa İttifaqı, həmçinin ATƏT-in Minsk qrupunun vasitəçilik fəalyyətini dəstəkləyir: "Biz hesab edirik ki, münaqişə tərəfləri arasında dialoq çox vacibdir".

Azərbaycan Xarici İşlər Nazirliyi ötən gün bəyan edib ki, Ermənistanın destruktiv siyasəti nəticəsində Hamburqda ATƏT XİNŞ çərçivəsində "2+3" formatında görüş baş tutmayıb.

Sizin Reklam Yeriniz