Əlaqə Arxiv
news Image
2016.12.10
14:37
| A A A
YAP nümayəndələri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər (FOTO)

Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Movqe.az-ın məlumatına görə, ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə əlaqədar dekabrın 10-da YAP-ın nümayəndələri Fəxri xiyabana gələrək ulu öndərin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev olduqca mürəkkəb bir dövrdə xalqın xidmətində dayandığını nümayiş etdirməklə yanaşı, həm də Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında ölkəmizdə hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiya olan Yeni Azərbaycan Partiyasının banisidir.

Ümummilli liderin yaratdığı Yeni Azərbaycan Partiyası bu gün ölkənin aparıcı siyasi qüvvəsi olaraq respublikamızda YAP-ın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən nəhəng quruculuq proseslərinin önündə gedir.

Sizin Reklam Yeriniz