Əlaqə Arxiv
news Image
2017.01.11
09:30
| A A A
Erməni lobbisi İrəvandakı hərbi xuntaya qarşı
Hikmət Babaoğlu: “Azərbaycanın beynəlxalq nüfuzunun, hərbi-siyasi qüdrətinin artması ölkəmiz barədə dünyada real təsəvvürlərin yaranmasına gətirib çıxarıb” Fəzail İbrahimli: “Anlayıblar ki, bu rejim erməni xalqını heç zaman xoşbəxt edə bilməz”

Son dövrlərdə müxtəlif xarici ölkələrdə yaşayan ermənilər Serj Sarksiyana qarşı daha sərt ittihamlar səsləndirir. Məsələn, ABŞ-da yaşayan yazıçı Anna Paytyan bildirir ki, Serj Sarkisyan Xocalı soyqırımını törədənlərdən biridir və indi də öz xalqın aqarşı soyqırımı siyasəti həyata keçirir: "Serj Sarkisyanın qatillər dəstəsi indi mənim Xocalı haqqında yazımı yayır və hamını mənə hücum etmək üçün dilə tutur. Qulaq asın, boz canavarlar sürüsü. Siz, sanki, yəhudilərə nifrət yayan antisemitlərsiniz, Serjikin puluna türklərə, gürcülərə, azərbaycanlılara və s. xalqlara nifrət yayırsınız. Sizin hamınızı həbs etmək və normal cəmiyyətdən təcrid etmək lazımdır, çünki siz terrorçusunuz. Serj Sarkisyan iddia edir ki, Xocalı soyqırımı olmayıb, bu, açıq yalandır. Bu insan ölüm cəzasına məhkum olunmalıdır... Azərbaycan uşağını öldürən kəs, erməni uşağını da öldürəcək. Serj Sarkisyana və Robert Koçaryana əfv hüququ olmadan ölüm cəzası!". Xaricdə yaşayan ermənilər arasında artıq Anna Paytyan kim fikirləşənlərin sayı artır. 

Bu hal erməni lobbisi ilə Sarksiyan iqtidarı arasında bir uçurumun yaranmaqda olduğunu göstərir. Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, erməni lobbisi ilə Sarkisyan arasında uçurumun dərinləşməsini Qarabağ münaqişəsinin həllində bir dönüş kimi qiymətləndirmək olar: “Azərbaycanın beynəlxalq nüfuzunun, hərbi-siyasi qüdrətinin artması ölkəmiz barədə dünyada real təsəvvürlərin yaranmasına gətirib çıxarıb. Görünür, bu amil də İrəvandakı hərbi xunta rejimindən daha çox xaricdə yaşayan ermənilərin intellektual kəsiminin diqqətini də cəlb edib. 
Düşünürəm ki, bir sıra erməni lobbi nümayəndələri tərəfindən Sarkisyan əleyhinə səslənən bu fikir və münasibətlərdə Azərbaycanın nüfuz və gücünün dərk edilməsi həqiqəti  dayanır. Aprel döyüşlərindən sonra  Azərbaycanın xeyrinə olan siyasi balansa, hərbi-psixoloji balans da əlavə edildi. Beləliklə də həmin olay Qarabağ münaqişəsinin həlli məsələsində yeni mərhələ yaratdı. Məhz bu gerçək həqiqət nəhayət, bir sıra ermənilər tərəfindən də dərk edilməyə başlanılıb. Gec-tez ən qatı erməni millətçisi də bunu dərk edəcək. Amma nə qədər tez olsa, bu, ermənilərin özləri üçün bir o qədər yaxşıdır. Onsuz da Ermənistanda getdikcə günü-gündən daha çox insan dərk edir ki, mövcud status-kvo vəziyyətinin saxlanılması, başqa torpaqları işğal etməklə öz gələcəklərini bir növ təhlükə altına qoyurlar. Xüsusən də xaricdə yaşayan erməni nümayəndələri bu amili daha dərindən dərk etməyə başlayıb. Bu etirafların Qarabağ probleminin həllinə nə vəd etdiyinə gəldikdə, əlbəttə ki,onu bir dönüş kimi qiymətləndirmək  olar. Ancaq bütün hallarda problemin həllini Azərbaycan Ordusu, dövlətimizin gücü həll edəcək”.  
Milli Məclisin deputatı Fəzail İbrahimlinin fikrincə, yaxşı, pis erməni olmur: “Belə bir atalar sözü var: haqq nazilər, amma üzülməz. Artıq haqqın nazildiyi dövr keçib, o, üzülə bilməz və haqq üzə çıxmalıdır. 
Xaricdə yaşayan bir çox erməni millətindən olan nümayəndələrin Sarkisyanı ittiham etməyə başlamaları bölgəmizdə cərəyan edən hadisələri kifayət qədər görən, müşahidə edən, Qarabağ problemindən ermənilərin zəlil duruma düşməsindən, millətinin  gələcəyindən  narahat olan adamların bir sədasıdır. Onlar yaxşı başa düşür ki, məsələnin bu cür davam etməsi, haqsız münasibət, başqa torpaqları işğal etmək, Qafqazda təcrid vəziyyətinə düşmək, qonşu dövlətlərlə düşməncəsinə yaşamaq erməni millətinin gələcəyinə ziyan gətirəcək. Onlar uzun müddət müşahidələri əsasında gördü ki, indiki Sarkisyan hakimiyyəti xalqa heç nə vermir. Anlayıblar ki, bu rejim erməni xalqını heç zaman xoşbəxt edə bilməz. Bu da təbiidir. 
Qarabağ kartı üzərində, qanla, zülm verməklə hakimiyyətə gələn təbəqənin bir sonu olmalıdır. Ona görə də xaricdə yaşayan bir çox ermənilər həyacan təbili çalmağa başlayıb. Onlar hazırkı İrəvan rəhbərliyindən tələb edirlər ki, özləri fəlakətə doğru gedirlər, amma xalqı da bu fəlakətdə batırmayın. Bu səs çoxdan çıxmalı idi. Belə məsələlərə diqqət yetirməklə yanaşı, bir məsələni unutmamalıyıq ki, yaxşı, pis erməni yoxdur. İlanın ağına da lənət, qarasına da. Keçən əsrin əvvəllərindən babalarımızın taleyilə oynayıblar. Güman edirəm ki, bütün bunlar hamısı gəlib öz yerini tapacaq və zaman gələcək Ermənistandakı indiki cinayətkar hakimiyyətin məhkəməsində şahidlər də, hakimlər də elə ermənilərin özü olacaq”. 
Rüfət NADİROĞLU   

Sizin Reklam Yeriniz