Əlaqə Arxiv
news Image
2017.01.11
17:27
| A A A
Türkiyə Rusiyadan viza rejiminin ləğvini gözləyir

Ankara Moskva tərəfindən türk vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi, daha sonra isə aradan qaldırılmasını gözləyir.

Movqe.az-ın məlumatına görə, bu barədə "Anadolu" agentliyi Türkiyə Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən bildirir.

Mənbənin sözlərinə görə, Türkiyə Rusiya ilə münasibətləri böhrandan əvvəlki səviyyəyə çatdırmağa və ticarət imkanlarını genişləndirməyə çalışır.

O qeyd edib ki, Türkiyə üçün Rusiya ilə münasibətlər Qərblə münasibətlərin bir alternativi deyil. /trend/

Sizin Reklam Yeriniz