Əlaqə Arxiv
news Image
2017.01.12
20:30
| A A A
Tramp barədə kompromat dosyesi hazırlayan Britaniya casusu qaçdı

"The Daily Telegraph" yazır ki, Donald Tramp barədə ifşaedici dosyeni tərtib etmiş keçmiş MI6 zabiti onun kimliyi ABŞ-da açıqlandıqdan sonra "həyatnın təhlükədə olmasından narahatdır". Məqalədə deyilir ki, adının tezliklə açıqlanacağını hiss edən 52 yaşlı Kristofer Steel Londonun Surrey qraflığındakı evindən qaçıb.

Steelə yaxın çevrələrdən mətbuata bildirilib ki, keçmiş casus Moskvanın intiqamından qorxur. "The Telegraph" yazır ki, Kremlin ABŞ seçkisində Trump-ın qalib gəlməsi üçün seçkini təsirləndirdiyini iddia edən 35 səhifəlik sənədi hazırlamış cənab Steele Londonda mənzillənmiş “Orbis Business Intelligence Ltd” firmasının həmtəsisçilərindən biridir.

Bu sənəddə iddia edilir ki, Rusiyanın təhlükəsizlik xidmətləri Trampı şantaj etmək üçün materiala malikdirlər. İddialardan biri də budur ki, Tramp Moskva mehmanxanasında Barak və Mişel Obamaların yatdığı çarpayını "murdarlamaları" üçün fahişələrə pul ödəyib.

"The Telegraph" yazır ki, britaniyalının araşdırmalarını əvvəlcə Trampa qarşı çıxan respublikaçılar, sonradan isə demokratlar maliyyələşdiriblər. Tramp dosyedəki iddiaları "saxta" adlandırıb.

 

Məqalədə deyilir ki, 1990-cı illərdə Moskvada Britaniyanın Məxfi Kəşfiyyat Xidməti üçün casusluq etmiş Steel Surreydəki evini tələm-tələs tərk etməzdən əvvəl pişiyini qonşusuna tapşırıb və "bir neçə günə" qayıdacağını deyib. Onun arvadının və uşaqlarının da evdə olmadıqları xəbər verilir.

"The Telegraph" yazır ki, keçmiş casus Moskvadakı mənbələrindən Trampın Kremllə əlaqələri barədə yığdığı məlumatları jurnalistlərlə paylaşmaqla təhlükəli oyuna girib.

Məqalədə deyilir ki, bir neçə məruzədən ibarət toplam 35 səhifəlik bu dosyenin mövcudluğu ABŞ jurnalistlərinə son 6 ay ərzində sirr deyildi, lakin FTB tərəfindən Obama və Trampa təqdim olunmuş iki səhifəlik icmalın bu sənəddən çıxarış olduğu bilindikdən sonra dosye əhəmiyyət kəsb edib. Bu barədə məlumatı ilk dəfə olaraq CNN vermişdi. Bu məlumatda bildirilirdi ki, dosye keçmiş Britaniya casusu tərəfindən tərtib edilib.

 

"The Telegraph" yazır ki, bəzi məlumatlara görə Steele 20 il müddətində MI6 üçün Moskvada casus materialları toplayıb. 2009-cu ildə MI6-dakı xidmətini başa çatdırdıqdan sonra cənab Steele özünün biznes partnyoru Kristofer Barrousla “Orbis Business Intelligence Ltd” firmasını qurub.

Şirkətin internet saytında deyilir ki, firma "Britaniya kəşfiyyatının keçmiş peşəkarları" tərəfindən yaradılıb. 58 yaşlı Barrous Orbisin sözü gedən dosyeni tərtib edib-etməməsi barədə xəbəri nə təsdiq, nə də təkzib edib. Tramp özünün New York-dakı “Trump Tower” iqamətgahında keçirilən ilk mətbuat konfransında media üzərinə hücumu ilə yadda qalıb. O CNN-i "saxtakar", Buzzfeed saytını "zir-zibil qalağı", BBC-ni isə "daha bir gözəlçə" adlandırıb.

Bununla yanaşı Donald Tramp müxbirlərin onun Moskva ilə maliyyə və başqa sövdələşmələrinə dair sualını cavabsız buraxıb. (BBC)

Sizin Reklam Yeriniz