news Image
2017.01.13
09:30
| A A A
Azərbaycan dünyada dini dəyərlərin mərkəzinı çevrilir
Bu il ölkəmizdə keçriləcək idman yarışları İslam aləmi üçün dostluq, birlik və qardaşlıq nümunəsinə çevriləcək

İndiki dövr dünya siyasi arenasında baş verən gərginlik həyatın digər sferalarında da özünü göstərir. Bundan başqa iqtisadi və mənəsi sahələrdə baş verən təbəddülatlar, dünya çatında ölkələrin çəkisinə görə baş verən yerdəyişmələri vəziyyəti daha da mürəkkəbləşdirir. Belə bir ab-havada ümumi ortaq dəyərləri tapmaq, ona sahib olmaq və dünyaya çağırışlar etmək situasiyanın xarakterindən irəli gəlir. Amma bu missiya son dərəcə çətin və məsuliyyətli işdir. Ona görə ki, bütün dünyanın sivil ölkələr kimi tanıdığı dövlət subyektləri belə bir vəzifənin öhdəsindən gəlməyi bacarmırlar. Avropaya nəzər yetirin. Daim tolerantlıqdan danışan və guya özləri də bu hərəkatın önündə gedən ölkələrdə islamofobiya tüğyan edir, dini təəssübkeşlik dövlət siyasətinin tərkib hissəsinə çevrilir. İnsan cəmiyyətinin yaratdığı dəyərlər artıq həmin ölkələrin simasında cəmiyyətdə düşmənçilik toxumu səpməklə ayrı-seçkiliyə, dağıdıcılığa xidmət edir. Bütün bunların fonunda Qafqazın ərazicə kiçik, əhalisinin böyük əksəriyyəti İslama tapınan  Azərbaycan dövlətindən dünyaya yaxşı mənada hamını heyrətləndirən mesajlar yayılır. 

Bu günlərdə keçirilmiş Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezidenti İlham Əliyev deyib: “Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri “Stop İslam” deyirlər. Bəziləri deyirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu, faşizmdir və faşizm harada yaranıb biz yaxşı bilirik və unutmamışıq. Faşizm İslam aləmində yaranmayıb. Ona görə, İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Biz bu Oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, İslam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar”. 
Yüksək mövqedən səsləndirilən bu fikirlər cəsarətli olduğu qədər də əsaslıdır. Azərbaycan cəmiyyətinin belə mövqe sərgiləməsi və dünyanın aparıcı dövlətlərinin hökumətlərinə yol göstərməsi ədalətə və həqiqətə söykənir. Yalnız ona görə ki, əsrlər boyu həmin dövlətlərin və onlarda yaşayan xalqların edə bilmədiklərini Azərbaycan xalqı uğurla həyata keçirib və dünyada xalqların və etnik qrupların, habelə müxtəlif inanclı insanların analoqu olmayan dünyagörüşünün formalaşmasına nail olub. Xaricdən respublikamıza gələn ictimai-siyasi xadimlərin, dövlət başçılarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, alimlərin, ədəbiyyat və incəsənət xadimlərinin rəyləri göstərir ki, onlar Azərbaycanın multikultural və multikonfessial dəyərlərinə ən böyük qiyməti verir və bundan heyrətlənirlər. Məsələnin heyrətamizliyi problemin qədimliyində və ilk olaraq Azərbaycanda meydana gəlməsindədir. Axı, cəmi 25 il əvvələ qədər hamı bu diyarı sovetlər ölkəsinin bir əyaləti sayırdı. Bu cür təəssüratlar altında müstəqil olmuş ölkənin necə böyük dəyərlər əldə etməsi həqiqətən heyrətamizdir. 
Belə bir hikmətli məsəl var: “Təsadüflər zərurətdən doğur”. Bu məsəli ona görə təkrarladım ki, bu il dünya idmanı sahəsində böyük bayrama çevrilməsi gözlənilən İslam Həmrəylik Oyunlarının Azərbaycanda keçirilməsi təsadüfi deyil. Bir İslam ölkəsi olmaq etibarilə Azərbaycan ən müasir standartlara cavab verən və hansı səviyyədə olmasından asılı olmayaraq, hər bir idman yarışını keçirməyə imkan verən idman qurğularına sahibdir. Təhlükəsizlik və təşkilatçılıq işinə görə isə biz ən yaxşılar sırasındayıq. Bunu I Avropa Oyunları dünyaca məşhur Formula-1 yarışları, hər keçirilən dünya və Avropa birincilikləri, mötəbər turnirlər sübut edib. Amma bütün yarışlarda bir dəfə də olsun rasizm, etnik və dini məcrada hadisə baş verməyib. Dövlətin siyasəti, xalqın mənəviyyatı iştirakçıların və tamaşaçıların dərin rəğbətini qazanıb. Buna görə də ölkəyə gələnlərin sayı ildən-ilə artır. 
İslam Həmrəylik Oyunlarında təbii ki, Azərbaycana İslam ölkələrindən gələnlər, yəni müsəlmanlar üstünlük təşkil edəcək. Son illər İslam dünyagörüşlü insanların ölkəmizə tez-tez və daha çox gəldiyini, habelə buranı sevdiklərini nəzərə alaraq inamla deyə bilərik ki, növbəti idman yarışları İslam aləmi üçün dostluq, birlik və qardaşlıq nümunəsinə çevriləcək. 

N.NOVRUZ

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs