Əlaqə Arxiv
news Image
2017.01.13
11:21
| A A A
Rusiya və Türkiyə arasında Suriyada əməliyyatlar zamanı uçuşların təhlükəsizliyinə dair memorandum imzalanıb

Rusiya Müdafiə Nazirliyi və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı arasında Suriyada əməliyyatlar zamanı insidentlərin qarşısının alınması və uçuşların təhlükəsizliyinin təmin edilməsinə dair memorandum imzalayıb.

Movqe.az xəbər verir ki, bu barədə  Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən  apa-ya daxil olan məlumatda bildirilir.      

Məlumata görə, memorandum Rusiya Müdafiə Nazirliyində Suriyada İŞİD terror qruplaşması ilə mübarizədə Rusiya-Türkiyə əməkdaşlığına dair aparılmış məsləhətləşmələr zamanı imzalanıb.

Sənəddə həmçinin terrorçuların obyektlərinə zərbələr endirilərkən Rusiya və Türkiyə Hərbi-Hava Qüvvələrinin koordinasiyası və qarşılıqlı fəaliyyətinin mexanizmləri müəyyənləşdirilib.  

Sizin Reklam Yeriniz