news Image
2017.01.14
09:45
| A A A
Tramp ABŞ-ın Cənubi Qafqaz siyasətini dəyişir
ABŞ-ın Rusiyaya qarşı siyasətində radikal qarşıdurmadan dinc əməkdaşlığa keçid başlanır

Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Trampın öz vəzifəsində fəaliyyətə başlamasına az qalıb. İndi dünya siyasətçilərini onun dövründə ABŞ-ın yürüdəcəyi fəal siyasətin istiqamətləri maraqlandırır. Bəzi mənbələr iddi edir ki, o, Qafqazda fəal siyasət yürütmək fikrindədir. Bu nə dərəcədə reallığa uyğun gələ bilər?

Zənnimizcə, bu məsələdə fərdlərin – Barak Obama ilə Donald Trampın fərdi fəaliyyətindən çox, onların təmsil etdikləri qüvvələrin siyasi strategiyasını nəzərdən keçirsək, daha dolğun təsəvvürlər qazanmış olarıq. Belə ki, B.Obama dövlət idarəçiliyi təcrübəsi ilə prezidentlik kürsüsünə oturmuşdu. D.Tramp isə biznes impersiyasının rəhbəri kimi bu vəzifəyə gəlib. Bu mənada onlar arasında fərqlilik çoxdur və yalnız vəzifədə olduqları dövr üçündür. Amma müvafiq şəkildə təmsil etdikləri Demokratlar və Respublikaçılar öz proqramlarına uyğun xətt-hərəkət tərzini saxlayırlar. Buna görə də Trampın iqtisadi sahədə marağını və təcrübəsini nəzərə alaraq, fikir söyləmək daha məqsədəuyğundur. 
Donald Trampın ilk bəyanatlarına diqqət etsək, görərik ki, o, Obama administrasiyasının Rusiya siyasətini səhv sayır və bu istiqaməti dəstəkləmir. Opponentləri ona bu düşüncələrinə görə hətta “Rusiyanın adamı” damğasını vurmağa çalışırlar. Lakin əslində, belə deyil. Tramp haqlı olaraq Rusiyaya qazanc mənbəyi kimi yanaşır. Bu isə iki dövlət arasında münasibətlərin indiki halında mümkün olan məsələ deyil. Buna görə də Ağ  Evin yeni rəhbəri Rusiya ilə münasibətlərin qaydaya salınmasını ilkin mərhələdə həll etməyə çalışacaq. Ancaq məsələ burasındadır ki, Rusiyanın Qafqazda mövqeyi güclüdür və istər-istəməz ölkəsinin bu regiondakı geosiyasi maraqlarını da Rusiya ilə bərabər nəzərdən keçirməlidir. 
Ümumiyyətlə, Qafqazdan danışarkən iri dövlətlərin regiondakı təsir dairələrini dəqiqləşdirməyə ehtiyac var. İndiki situasiyada heç kimə sirr deyil ki, Ermənistan tam olaraq Rusiyanın, Gürcüstan isə demək olar ki, ABŞ-ın təsiri altındadır. Yalnız Azərbaycan müstəqil siyasət yürüdür. Üstəlik, Ermənistan və Gürcüstan iri dövlətlər üçün platforma rolunu oynayırsa, Azərbaycan regionun tərəfdaş dövləti kimi özünü təsbit edib. Belə düşünməyə tam əsas var ki, Respublikaçılar artıq formalaşan bu formulu dəyişməyə cəhd etməyəcəklər. Əksinə, əldə olanları möhkəmləndirməyə çalışacaqlar. Xüsusilə, demokratların demokratiya pərdəsi altında özlərindən uzaqlaşdırdıqları Türkiyə ilə münasibətləri yüksəltmək qayğısına qalacaqlar. Bu da bilvasitə Azərbaycan və onun ərazi bütövlüyünün bərpası məsələsini gündəmə çıxaracaq. Əlavə olaraq ABŞ özü və strateji tərəfdaşı olan Avropa Birliyi üçün Böyük İpək Yolu nəqliyyat dəhlizi ilə Orta Asiya və Çinlə əlaqənin təminatında Azərbaycanla əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu unutmayacaq. 
Bütün bu məsələlərdə Rusiyanın iştirakı qaçılmazdır. Buna görə də ümumilikdə ABŞ-ın növbəti illərdə Rusiyaya qarşı siyasətində radikal qarşıdurmadan dinc əməkdaşlığa keçilməsi baş verməsini proqnozlaşdırmaq olar ki, bunun da Qafqaza birbaşa təsiri olacaq. Belə bir dəyiçikliklər fonunda Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda da müsbət çalarlı dəyişikliklərin baş verməsi ehtimalı yüksəkdir. 

N.NOVRUZ       

 

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs