Əlaqə Arxiv
news Image
2017.01.18
09:44
| A A A
Ermənistanda hakimiyyətə qarşı üsyan başlanır
Xalq başa düşür ki, ağrılı olsa da Ermənistanda vəziytyəti düzəltməyin ən qısa yolu budur

Ermənistanda sosial-iqtisadi vəziyyətin ağırlığı son həddə yaxınlaşır. Üç ay əvvəl Karen Karapetyanın baş nazir təyin olunması ilə yaranmış ümidlər də artıq puça çıxıb. İndi erməni cəmiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri başa düşməyə başlayıblar ki, onları yaxşıca aldadıblar. Artıq çoxları anlayır ki, onları gələcəkdə nə yaxşı güzəran, nə də ölkənin inkişafı gözləyir. Dağlıq Qarabağın “müstəqilliyi” isə illüziyadan başqa bir şey deyil. Hamı başa düşür ki, daha belə davam edə bilməz. Dəyişiklik qaçılmazdır. 

Digər tərəfdən  repressiv siyasət ucbatından ölkədən baş götürüb getmiş bir sıra erməni ziyalıları xalqı düşmüş olduğu ağır vəziyyətdən qurtarmaq üçün fəaliyyətə başlayıblar. Onlar Ermənistanın siyasi hakimiyyətinin cinayətkarlardan təşkil olunmasını qəbul edə bilmir və bəlaların kökünü də bunda görürlər. Çünki, Azərbaycan ərazilərini işğal etməklə guya “Böyük Ermənistan” yaratmaq xülyası ilə xalqı aldadıb hakimiyyəti ələ keçirmiş bu şəxslər başda Serj Sarkisyan olmaqla əslində, ölkəni məhv etmək yolunu tutublar. Bu rəzalətin qarşısını almaq vətəndaşlıq hissi və cəsarəti tələb edir. Maraqlı burasıdır ki, Ermənistanın hakimiyyət dairələri tərəfindən təqib olunan bu şəxslər yardımı Azərbaycandan gözləyirlər. Görünür, onlar regionda yalnız öz maraqlarını güdən xarici qüvvələrdən çox öz qonşuları olan və tarixi ənənələrə malik Azərbaycan cəmiyyətinə ümid bəsləyirlər. Prosesin bir önəmli cəhəti də odur ki, erməni ziyalılarından bir çoxu Azərbaycanın keçmiş vətəndaşlarıdır və vətənlərinə olan gizli məhəbbət onlara əlavə motivasiya  verir. Üstəlik, bu adamlar Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmirlar. Çünki, bu səyasətin əsl mahiyyətini anlayıblar və ermənilərin səfillik içində yaşamalarının da məhz bu siyasətdən qaynaqlandığını başa düşürlər. Əslində, Ermənistan böyük güclərin öz məqsədləri naminə həyata keçirdikləri siyasətin qurbanıdır və onun bu vəziyyətdən qurtarması üçün vətənpərvərlik hərəkatına ehtiyac var. İndi bu situasiya getdikcə əhalinin daha böyük hissəsinə əyan olur.
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışan və bu istiqamətdə yaradılmış Bakı platformasının təşəbbüsçülərindən olan ictimai xadim və yazıçı Vahe Avetyan bu günlərdə yenidən Azərbaycan ictimaiyyətinə məktub ünvanlayıb. Məsələ burasındadır ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə qarşı çıxan, ermənilərin törətdiyi Xocalı soyqırımına görə xalqımızdan üzr istəməklə həqiqət və ədalət prinsipindən çıxış edən bu şəxs təcavüzkarlar tərəfindən təhdid olunur. Avropada yaşamasına baxmayaraq onun özünün və ailəsinin həyatı təhlükədədir. Lakin V.Avetyan başladığı işdən çəkinmək fikrində deyil. Çünki, yaxşı bilir ki, erməni xalqı onunladır. Onu təhdid edənlər isə kimlərinsə siyasi tapşırıqlarını yerinə yetirirlər. O yazır ki, bir müddət sonra Ermənistana səfər edəcək. Hətta bu, onun həyatı üçün təhlükəli olsa belə. Amma Vahe Avetyanın bu risqli qərarı sübut edir ki, Ermənistanda onun tərəfdarları düşmənlərindən çoxdur. İndi onun söylədiyi fikirlərə erməni cəmiyyətində sosial tələbat var və İrəvanda onu minlərlə insan xoş məramla qarşılayacaq və hakim qüvvələrin pis əməllərindən müdafiə edəcək. 
Vahe Avetyanın vətəninə gəlişi Ermənistanda gözlənilən köklü dəyişikliklərin qığılçımına çevrilə bilər. Çünki, hakimiyyətin ona qaçılmaz hücumu mütləq kütlələrin müdafiəsi ilə qarşılaşacaq və bu zaman Serj Sarkisyan hökumətindən cana doymuş kütlələr ayağa qalxa bilər. Bu isə artıq inqilab demək olacaq. Ağrılı olsa da Ermənistanda vəziytyəti düzəltməyin ən qısa yolu budur.
N.NOVRUZ    
    

 

Sizin Reklam Yeriniz