news Image
2012.04.24
14:02
| A A A
Əsl soyqırım Xocalıda törədilib
"Dağlıq Qarabağ problemi sülh yolu ilə həll edilməsə, Azərbaycan torpaqlarını hərbi yolla azad edəcək"

"Nabukko" qaz kəməri layihəsi Avropa İttifaqının (Aİ) layihəsidir və onun taleyi Aİ-nin əlindədir. Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Türkiyənin "Cümhuriyyət" qəzetinə müsahibəsində bildirib.

"Nabukko" qaz kəməri layihəsinin reallaşdırılması Aİ-nin əlindədir. Bu layihə Avropaya tədarük edilən Rusiya qazının alternatividir", - Ə.Həsənov deyib.

Onun sözlərinə görə, Azərbaycan Türkmənistanın "Nabukko" üçün qaz tədarük edəcəyinə əmin olduğu zaman mövcud layihənin reallaşdırılması üzrə işlərə başlamağa hazır olacaq.

PA rəsmisi bir daha qeyd edib ki, Türkiyə dünya qiymətlərindən 50 faiz aşağı qiymətə Azərbaycandan müəyyən həcmdə qaz satın alır. Onun sözlərinə görə, əgər Türkiyə əlavə həcm (kvotadan artıq) tələb edərsə, qaz 30 faizlik endirimlə satılacaq. Həcmin daha da artırılması satışın 10 faiz endirimlə həyata keçirilməsinə gətirib çıxaracaq.

"Cümhuriyyət" qəzetinə müsahibəsində Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri onu da qeyd edib ki, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ problemini ya sülh yolu ilə həll edəcək, ya da Azərbaycan işğal olunmuş torpaqlarını müharibə yolu ilə azad edəcək. O, bildirib ki, ATƏT-in Minsk qrupu illərdir, Dağlıq Qarabağ problemini həll etməyə çalışır.

Müsahibəsində Xocalı soyqırımına toxunan Əli Həsənov qeyd edib ki, əsl soyqırım Xocalıda törədilib.

PA rəsmisinin sözlərinə görə, 1992-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımın üzərindən 20 il keçməsinə baxmayaraq, hələ də bir çoxları bu məsələdə susurlar. Əli Həsənov onu da qeyd edib ki, ermənilər Azərbaycanın bir şəhərini yer üzündən silib və 600-dən çox Azərbaycan türkünü qətlə yetiriblər.

PA rəsmisi xüsusilə vurğulayıb ki, qondarma "erməni soyqırımı"na dəstək olanlar Xocalı soyqırımına baxsınlar.

Əli Həsənov qeyd edib ki, Azərbaycan və Türkiyənin qarşısında soyqırımla əlaqədar iki problem var, bunlardan biri 1915-ci il hadisələrinin hər il ermənilər tərəfindən gündəmə gətirilməsidir. Hər il Türkiyə və Azərbaycan bu məsələ ilə qarşı-qarşıya qalır. Problemlərdən digəri isə 1992-ci ildə azərbaycanlılara qarşı törədilən soyqırımdır.

Əli Həsənovun sözlərinə görə, bəziləri hesab edirlər ki, Türkiyə Ermənistana qucaq açsa, ermənilər qondarma "soyqırım" iddialarından əl çəkəcəklər. Lakin bu, heç də belə deyil.

Əli Həsənov müsahibəsində qeyd edib ki, Ermənistanın gələcəyi Rusiyaya bağlıdır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs